05-03-2019 [22:33]
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva Ermənistan xarici işlər naziri Z.Mnatsakanyanın bu ölkənin ictimai televiziyasına verdiyi müsahibəsinə münasibət bildirib.
XİN rəsmisi deyib ki, Ermənistan xarici işlər nazirinin qeyd etdiyiniz müsahibəsində bu ölkənin siyasi rəhbərliyi tərəfindən verilən bəyanatlar təkrar olunur və Ermənistan baş nazirinin Dağlıq Qarabağdakı insanlar adından danışa bilməyəcəyi, onun "Tavuşdan Sünik ərazisinədək yaşayan Ermənistan sakinləri adından danışmaq ixtiyarının olduğu” iddia edilir:
"O zaman daha öncə səsləndirdiyimiz sualı bir daha qeyd etmək istərdim: belə olduğu təqdirdə seçkilər zamanı ona səs vermiş Ermənistan vətəndaşı olan gənclərin Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var?! Ermənistan naziri bu ilin 16 yanvar tarixində Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən verilmiş bəyanatı xatırlamaya bilər, lakin ötən ilin 6 dekabr tarixində Milanda şəxsən özünün də razılığı ilə qəbul edilmiş birgə bəyanatı yəqin ki, unutmayıb.
O bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin ədalətli və davamlı sülh yolu ilə həlli üzrə işləməyi davam etdirəcəklər. Azərbaycan tərəfi görüşləri sadəcə görüşlər naminə keçirmir və beynəlxalq ictimaiyyəti bu kimi görüşlərlə öz xoş niyyətinə inandırmaq kimi məqsədi də yoxdur. Bizim məqsədimiz birdir, qətidir və hüquqi əsaslıdır: Biz Ermənistan tərəfindən beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozularaq işğal edilən ərazilərimizin azad edilməsi və bu ərazilərə yerli azərbaycanlıların köçürülməsini sülh yolu ilə təmin etmək məqsədilə danışıqlar aparırıq”.
Ermənistan vətəndaşları adından danışmağa mandatı olduğunu bəyan edən bu ölkənin siyasi rəhbərliyinə bildirmək istərdik ki, belə olduğu təqdirdə, Tavuş, Sünik və digər ərazilərdən olan və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət göstərən Ermənistan vətəndaşları adından danışsın”, - deyə mətbuat katibi bildirib/Trend.
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə