Qarabağın Azərbaycanlı İcmasının rəhbəri ATƏT sədri ilə müzakirə apardı - Açıqlama + FOTO

img

05-03-2019 [16:46]


 Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla görüşüb.

Mia.az xəbər verir ki, bu barədə onun özü məlumat verib.

Bildirib ki, bu gün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvləri ATƏT-in Fəaliyyətdə olan sədri Miroslav Layçak ilə görüş keçiriblər: "Biz inanırıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər iki icması Azərbaycanın beynəlxlalq tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində birgə mövcud olmalıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA