“Səfir olmaq istəyirəm! Yoruldum işsizlikdən!” - Tanınmış YAP-çı "üsyan etdi"

img

02-03-2019 [19:33]


Sabiq deputat, publisist Xeyrəddin Qoca Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə dünənki görüşündən təsirlənərək, dövlət başçısından səfir vəzifəsini istəyib.

X.Qoca "Facebook” vasitəsilə dövlət başçısına belə bir çağırış edib.

"Cənab Prezidentdən mənim də bir xahişim var: Səfir olmaq istəyirəm! Yoruldum işsizlikdən!…”, – deyə X.Qoca üsyan edib.

xeyreddin qoca status

YAP-ın qurucularından olan X.Qoca 1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləyib. Ona 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsi verilmişdir. O, uzun illərdir işsizdir.("AzPolitika.info”)



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA