02-03-2019 [19:25]
Problemli kreditlərə kompensasiya və güzəştlərin tətbiqi ilə bağlı aidiyyatı qurumlar və bir söra vəzifəli şəxslər aydınlıq gətirməyə çalışsalar da, hələ də qaranlıq məqamlar.
Mia.az xəbər verir ki, ən çox verilən suallar prosesin nə zaman başlanacağı və kompensasiyaların necə hesablanacağı ilə bağlıdır. İqtisadçı ekspert Vüqar Bayramov bir sira suallara cavab verib. ekspertin cavablarını təqdim edirik:
1.Kompensasiya kredit xəttinə yoxsa əsas kredit borclarının qalıq məbləğinə əsasən hesablanacaq?
Fərman kredit xətti 10 min dollardan çox olan kreditlər üçün bir sıra hallarda kompensasiya əldə etmək imkanı yaradır. Sənədə əsasən, kompensasiya məbləği hesablanan zaman kredit xətti deyil, əsas məbləğ üzrə kredit qalığı əsas götürüləcək. Məsələn, vətəndaşımız 2014-cü ildə 12 min dollar kredit götürüb və 2015-ci il fevralın 21-dək əsas məbləğin 2 min dollarını ödəyib. Yəni, onun birinci devalvasiya baş verən zaman əsas məbləğ üzrə borc 10 min dollar olub. Birinci devalvasiya baş verən zaman onun 12 min dollarlıq kredit xətti üzrə əsas qalıq məbləği 10 min dollaradək azaldığı üçün o kompensasiya ala biləcək. Bu isə o deməkdir ki, vətəndaşımızın 10 min dollardan artıq kredit götürməsinə baxmayaraq devalvasiya zamanı əsas məbləğ 10 min dollaradək azaldığı üçün onun kreditinə kompensasiya hesablanacaq.
2. 10 min dollardan artıq kredit xətttinin birinci deyil, ikinci devalvasiya zamanı əsas məbləğ üzrə qalığı 10 min dollaradək azalıbsa həmin kreditə kompensasiya ödəniləcəkmi?
Məsələn, vətəndaşımız 2014-cü ildə 12 min dollar kredit götürüb. Onun krediti üzrə əsas məbləği 2015-ci ilin fevralın 21-dək, yəni birinci devalvasiya baş verənədək, 11 min dollaradək azalıb (yəni 10 min dollardan çox olub), həmin ilin dekabrın 21-dək, yəni ikinci devalvasiya baş verənədək, 10 min dollaradək azalıb. Bu halda həmin kreditə də kompensasiya hesablanacaq və ikinci devalvasiyadək əsas məbləğ üzrə qalıq borc 10 min dollar olduğu üçün ödəniş ediləcək.
3. Devalvasiyalardan sonra manata çevrilmiş kredit borcları kompensasiya alacaqmı?
Məsələn, vətəndaşımız 2015-ci ilin yanvarında 9 min dollar kredit götürüb və iki devalvasiyadan sonra, 2016-cı ildə bankla razılaşaraq onu 1.6 kursu ilə manata çevirib və milli valyuta ilə ödənişlər edib. Belə kreditlər də dollar krediti kimi kompensasiya alacaqlar. Həmin kreditlər üzrə əsas məbləğin milli valyutaya çevrilməsinə və ödənişlərin manatla olmasına baxmayaraq o borc dollarda olan borc kimi qəbul olunur və devalvasiya nəticəsində yaranan fərq sənəddə öz əksini tapan mexanizmə uyğun olaraq tam ödənilir. Yəni, tam kompensasiya ödəniləcək.
4.Rəsmi olaraq kreditlər üzrə ödəniləcək kompensasiya məbləğini hər bir vətəndaş özü necə hesablaya bilər?
Maliyyə Bazarlarına Nəzarət Palatası elektron kalkulyatorun hazırlammasını həyata keçirir. Güman olunur ki, həmin kalkulyator gələn həftə palatanın internet səhifəsində yerləşdiriləcək. Hər bir vətəndaş kalkulyatora kredit ilə bağlı məlumatları daxil etməklə ala biləcəyi kompensasiyanın məbləğini özü elektron hesablaya biləcək.
5.Kompensasiyanı almaq üçün banka müraciət etmək lazımdırmı?
Siyahılar dəqiqləşdirildikdən sonra banklar vətəndaşlar ilə əlaqə saxlayıb onlara kompensasiya ödənişi həyata keçirəcəklər. Kompensasiyalar ödənilən zaman sizinlə əlaqə saxlanılmasa o zaman banka müraciət edin. Nəzərə almaq lazımdır ki, bütün kompensasiyalar bu il mayın 28-dək tam ödənilməlidir. Eyni zamanda, xüsusi suallarınız olduğu halda Maliyyə Bazarlarına Nəzarət Palatasının 966 Çağrı Mərkəzi ilə əlaqə saxlmağı da unutmayın.
Mia.az
Hadrutun işğaldan azad olunmasından 5 il ötür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Gəncədə məktəbli oğlan qətlə yetirilib (Yenilənib)
Volkan Dəmirəl Super Liqaya geri dönür
Yaponiyada ayı marketə girdi, 2 nəfəri yaraladı
Müdafiə Nazirliyi Naxçıvanda MAXE qəbulu elan edib
Qəzzada hələ də döyüş gedir - Daha 10 nəfər ölüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha 2 vəkilin fəaliyyəti dayandırılıb - 4-nə isə xəbərdarlıq olunub
III MDB Oyunları: Azərbaycan gimnastları 8 medal qazanıb
4 kanala rəsmi xəbərdarlıq verildi, iki kanalın yayımı müvəqqəti dayandırıldı - Şuradan qərarlar
İsrailli nazir "Əl-Əqsa" məscidinə girib: "Dua edəcəyəm"
Paşinyan Belçikaya gedir
Ceyhun Bayramov İspaniya dövlət katibini qəbul edib
Daha yeddi bələdiyyə sədri Ərdoğanın partiyasına qatılıb - Siyahı
Səbinə Əliyeva Ukraynanın İnsan Hüquqları üzrə müvəkkili ilə görüşüb
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı
Onlayn qumar şəbəkələri ifşa olundu - VİDEO
Kimya üzrə Nobel mükafatı laureatlarının adı açıqlandı
Aparıcı Rövşanə Ağasəfqızı yeni kanalda işə başlayıb
Tolik şikayət etdi - Tiktoker 10 sutkalıq həbs olundu
TDT-yə üzv dövlətlər 2026-cı ildə birlikdə peyk istehsal edəcək
I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
Azərbaycanla Oman arasında Birbaşa İnvestisiya Fondu yaradıldı - Mikayıl Cabbarovdan açıqlama
Xanyurdu kəndinə növbəti köç olub
Prezident İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib
"Nazirin bu sahəyə aidiyyəti yoxdur, müavinin biri hüquqşünas, digəri qaz üzrə mütəxəssis, o biri politoloq..." - Sərt açıqlamalar
DÇ-2026: millimizin oyununu norveçli hakim idarə edəcək
"Qalatasaray"ın futbolçusuna indidən 4 komanda "elçi düşüb" - 60 milyon avro şərti var
Əli Əsədov daha bir qərar imzalayıb
Sabah hava necə olacaq? - Proqnoz
Əli Əsədov bu rayonla bağlı qərar imzalayıb
Super Liqada istefa - Bu dəfə Klub prezidenti postundan ayrılıb
Binəqədidə magistal yolda xəndək açıblar, qurumlar məsuliyyəti boyunlarından atır - Günahkar kimdir axı? (VİDEO)
General Raul Zeynalovun bir milyonu: necə ələ keçirilib? - Sensasion məlumat yayıldı
Leyla Əliyeva Londonda Xəzərdə suyun səviyyəsinin azalmasına diqqət çəkdi: "...bu, vəziyyəti daha da ağırlaşdırır" - FOTOLAR
Xorvatiya parlamentinin sədri Azərbaycanda - FOTOLAR
Ali Məhkəmədə iclas - Plenum qərarlarında dəyişiklik edilib
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
Əmək müqavilələri artıq "mygov" platformasında imzalana bilinəcək