"Banklar bu fərmandan ikiqat qazanacaqlar" - Mərkəzi Bank sədri

img

01-03-2019 [23:07]


"Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kredit məsələlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə imzaladığı fərman ölkənin bank sektoruna böyük dəstək olacaq".

Trend-in məlumatına görə, bunu yerli televiziya kanalına müsahibəsində Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov vurğulayıb ki, bu sərəncam bütün sektorun sağlamlaşdırılmasına müsbət təsir göstərəcək: "Bu, hazırda kapital problemi olan bəzi bankları bütünlüklə sağlamlaşdırmağa kömək edəcək"

AMB sədrinin sözlərinə görə, bunun nəticəsi olaraq bazarda ucuz kredit resursları yaranacaq ki, bu da iqtisadiyyatı fəal şəkildə kreditləşdirməyə kömək edəcək:

"Banklar bu fərmandan ikiqat qazanacaqlar. Bankların balansı sağlamlaşacaq və onlar iqtisadiyyat kreditləşməsi üçün ucuz vəsaitlər əldə etmiş olacaqlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA