Fərman bağlanan banklara və BOKT-a da aiddir - Açıqlama

img

28-02-2019 [17:10]


Mərkəzi Bankın baş direktoru Rəşad Orucov "Real TV"yə müsahibəsində bağlanmış banklardan dollar krediti götürənlərlə bağlı məsələyə aydınlıq gətirib.

Mia.az bildirir ki, o, bu məsələnin də fərmanda nəzərdə tutulduğunu deyib: 

"Həm fəaliyyətdə olan bankların, bank olmayan kredit təşkilatlarının, o cümlədən ləğvetmə prosesində olan bankların müştəriləri də əhatə olunub. Vətəndaşın xarici valyutada olan borcu ləğvetmə prosesində olan bankdadırsa, istənilən halda kompensasiyasını alacaq. Həmin kompensasiya öncə ləğvetmə prosesində olan banka qalan borcunun əhəmiyyətli dərəcədə azaldılmasına yönələcək. 

Əmanətlərin Sığortalanması Fonduna tövsiyə olunacaq ki, ləğvetmə prosesində olan bankların müştərilərinin borclarının ödənilməsinin müddətinin uzadılması, güzəşt edilməsi, faizlərinin, cərimələrinin silinməsi həyata keçirilsin. Bütün bu güzəştlər bağlanan bankların müştərilərinə də eyni qayda ilə şamil olunacaq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA