Ünvanlı sosial yardım alınmasında problemlər hələ də var - Ombudsman açıqladı

img

27-02-2019 [14:55]


"Ünvanlı dövlət sosial yardımı almaq hüququnun təmin edilməsi ilə bağlı qəbul edilən qanunvericilik aktlarının tətbiqi prosesində aşkar edilən çatışmazlıqlar davamlı olaraq təkmilləşdirilməkdədir”. 

Bu barədə Ombudsman Elmira Süleymanovanın 2018-ci il üzrə illik məruzəsində bildirilib.

Qeyd olunub ki, ailə təmsilçilərinə fərdi kommunikasiya vasitələrindən və infoköşklərdən istifadə etməklə müraciət etmək imkanı yaradılıb: "Buna baxmayaraq, süründürməçilik və pozuntularla bağlı şikayətlərin təhlili göstərir ki, bu sahədə bəzi problemlər hələ də qalmaqdadır”.

Bildirilib ki,  ötən il Müvəkkilin tapşırığına əsasən, Milli Preventiv Qrupun üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar, pensiya yaşına çatan, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə baş çəkib, saxlanma şəraiti və qidalanma məsələlərini araşdırıb, sakinlərlə görüşüb, bir qayda olaraq, rəftar və şərait qənaətbəxş qiymətləndirilib, bir sıra tövsiyələr verilib: "Şikayətlərin təhlil nəticəsində bu hüququn daha səmərəli təmin edilməsi məqsədilə Müvəkkil tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA