Diasporla İş üzrə Dövlət Komitəsi qalmaqala belə reaksiya verdi: "Bizim səlahiyyətimizdə deyil"

img

27-02-2019 [12:20]


Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov haqqında mediada dəfələrlə mənfi məlumatlar yer alıb. 

Son olaraq, Moskvadakı "Neolit” restoranında çeçen-azərbaycanlı davasına səbəb olan erməni provokatorun mövqeyini müdafiə etməkdə də onun adı hallansı. Bu da onunla bağlı növbəti etirazlara səbəb oldu.

Bütün bunlar Ağadadaş Kərimovla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hər hansı addımın atılıb-atılmayacağı ilə bağlı sualı gündəmə gətirir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-ın sorğusuna cavab olaraq bildirdilər ki, Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən diaspor təşkilatları digər ölkələrdə olduğu kimi, həmin ölkənin mövcud qanunvericiliyinin tələbləri əsasında formalaşdırılır:

"Bu təşkilatlar bizim həmyerlilərimiz tərəfindən yaradılsa da, Dövlət Komitəsi ilə heç bir hüquqi bağlılığı olmur və rəhbərlərinin vəzifədən kənarlaşdırılması Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində deyil. Bu kimi proseslər təşkilatların daxili işidir və mövcud nizamnaməsinə uyğun olaraq həyata keçirilir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA