Elmar Məmmədyarov Andrey Zernovski ilə görüşüb – Cenevrədə müzakirə

img

26-02-2019 [19:09]


Xarici işlər naziri Elmar Məmmədyarov Cenevrəyə işgüzar səfəri çərçivəsində Şimali Makedoniyanın xarici işlər nazirinin müavini Andrey Zernovski ilə görüşüb.

XİN-dən Mia.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin cari vəziyyəti haqqında fikir mübadiləsi aparıblar. Münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfər mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin tərəflər iqtisadi əməkdaşlığı və sərmayə qoyuluşunu artırmaq məqsədilə biznes forumlarının keçirilməsinin zəruriliyini bildiriblər.

Görüş zamanı habelə tərəflər enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA