Ramil Usubovun 70 yaşı oldu - VİDEO
CƏMİYYƏT
22.12.2018, 10:14
22 dekabr tarixi Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov üçün xüsusi əhəmiyyət daşıyıb.
Bu gün Ramil Usubovun ad günüdür, nazirin 70 yaşı tamam olub.
1989-1991-ci illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin 11 avqust 1993-cü il tarixli fərmanı ilə 2-ci dəfə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.
Mərhum dövlət başçısı Heydər Əliyevlə Naxçıvanda birgə işləmiş Ramil Usubov, Heydər Əliyev Azərbaycan prezidenti seçiləndən az sonra Bakıya daha yüksək vəzifəyə gətirilir. Belə ki, Heydər Əliyevin 29 aprel 1994-cü il tarixli fərmanı ilə Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilir. Az sonra nazirin rütbəsi də artırılır - prezidentin 3 may 1994-cü il tarixli fərmanı ilə ona general-mayor, 26 dekabr 1995-ci il tarixli fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli fərmanı ilə isə general-polkovnik hərbi rütbəsi verilib.
Prezident Heydər Əliyevə ən sadiq nazirlərlərdən biri olan R.Usubov cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin təmin edilməsindəki xüsusi xidmətlərinə görə 24 dekabr 1998-ci il tarixində "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Nazirin oğlu Raul Usubov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir.
29 iyun 2018-ci ildə Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ramil Usubov Azərbaycanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmasında, dünya birliyi dövlətlərinin müvafiq qurumları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil edilməsində transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə çox sayda müxtəlif yüksək mükafatlara layiq görülüb.
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun üç övladı var, iki oğlu və bir qızı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda həbs edilən Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verildi
Bugün, 17:11 KRİMİNAL
-
İki deputat evləndi – Türkiyədə + FOTOLAR
Bugün, 17:07 MƏDƏNİYYƏT
-
Azərbaycan Beynəlxalq Bankı və "Expressbank"ın kartlarında problem yaranıb - Açıqlamalar (YENİLƏNİB)
Bugün, 17:05 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
İrandan Azərbaycana PUA ilə 41 kq narkotik keçirmək istəyiblər
Bugün, 16:49 KRİMİNAL
-
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
Bugün, 16:36 GÜNDƏM
-
Ceyhun Bayramov Polşaya işgüzar səfərə gedib
Bugün, 16:36 GÜNDƏM
-
Fransada “Ebola” virusua aşarlandı
Bugün, 16:29 DÜNYA
-
Türkiyə-Paraqvay matçı təkrar oynanılacaqmı? – FİFA TFF-nin şikayətinə cavab verdi
Bugün, 16:16 İDMAN
-
Bakıda məhkumda avtomat aşkarlanıb
Bugün, 16:06 KRİMİNAL
-
Peskov: “Rusiya Belarusa hücum olarsa, dərhal cavab verəcək"
Bugün, 15:45 GÜNDƏM
-
Azərbaycanda yaşlı şəxslər daha çox hansı bölgədədir? - Statistika
Bugün, 15:45 CƏMİYYƏT
-
Kreml sözçüsündən Ukrayna və Ərdoğanla bağlı açıqlama: "Bu, Putinin ardıcıl mövqeyidir”
Bugün, 15:12 GÜNDƏM
-
RƏSMİ MOSKVADAN YEREVANA MESAJ: "Bizim çoxsaylı birgə layihələrimiz var"
Bugün, 15:02 SİYASƏT
-
İlham Əliyev Numan Kurtulmuşu qəbul edib - Müzakirə + FOTOLAR
Bugün, 14:57 GÜNDƏM
-
Sahibə Qafarova İƏTPİ-in konfransında: "Bu, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir"
Bugün, 14:45 SİYASƏT
-
"New York Times" Türkiyə yığmasını ələ saldı: "Qolf oynasaydılar, bundan daha yaxşı olardı"
Bugün, 14:34 İDMAN
-
Federasiya prezidenti tərəfdarlara “barmaq silkələdi” - "Yaxın gəl, bizi uzaqdan təhdid etmə!”
Bugün, 14:20 İDMAN
-
Özgür Özəl və komandası CHP-dən ayrılır – Yeni partyanın loqosu mediaya sızdı (FOTO)
Bugün, 14:08 SİYASƏT
-
Türkiyədə zəlzələ oldu - 4.9 bal gücündə
Bugün, 13:56 GÜNDƏM
-
Emin Əmrullayev yazır: "Söylədiyim fikir bundan ibarət idi ki, bir tələbəyə düşən təhsil haqqı..."
Bugün, 13:48 SİYASƏT
-
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bugün, 13:45 PRESS
-
İstefa verən deputat bu partiyaya keçdi - FOTO
Bugün, 13:35 SİYASƏT
-
Prezidentin köməkçisi, nazirlər, icra başçıları... - Sabirabadda regional müşavirə keçirilib + FOTOLAR
Bugün, 13:28 GÜNDƏM
-
İcra başçısı aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı bir neçə təklif irəli sürüb - Müşavirədə
Bugün, 13:27 CƏMİYYƏT
-
Türkiyənin 42 şəhərində FETÖ əməliyyatı: 128 nəfər qandallandı
Bugün, 13:19 DÜNYA
-
Mərkəz sədri: "Ceyhun Məmmədovun sözlərindən narahat olanlar aynaya baxsın"
Bugün, 13:14 SİYASƏT
-
Məktəb direktorlarının işə qəbulu... - Elektron qeydiyyat başlayır
Bugün, 13:12 GÜNDƏM
-
Bakı–Naxçıvan reysləri yenə ləğv edilib
Bugün, 13:03 GÜNDƏM
-
Sabah yağışlı hava olacaq - Proqnoz
Bugün, 12:59 CƏMİYYƏT
-
Xüsusi karantin rejiminin müddəti uzadıldı - Baş nazir qərar verdi
Bugün, 12:56 GÜNDƏM
-
Zaur Mikayılov: "Əsas hədəf..."
Bugün, 12:41 CƏMİYYƏT
-
Aqrar Sığorta - Fermerin təhlükəsizlik zəmanəti və kənd təsərrüfatının dayanıqlı inkişafının təmini
Bugün, 12:31 İQTİSADİYYAT
-
Nazir: "Pambıqçılığın inkişafına mane olan problemlər var"
Bugün, 12:18 İQTİSADİYYAT