Vaşadze nəticəni tanımadı, yeni seçki tələb etdi - Tbilisidə aksiyalar başlayır

Vaşadze nəticəni tanımadı, yeni seçki tələb etdi - Tbilisidə aksiyalar başlayır

GÜNDƏM

29.11.2018, 20:52

 Gürcüstanın birləşmiş müxalifəti ötən gün keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini tanımadığını bildirib.
Bu barədə Vahid Milli Hərəkat Partiyasının prezidentliyə namizədi olan Qriqol Vaşadze Tbilisidə Filarmoniya binasında tərəfdarları ilə keçirdiyi görüşdə deyib.
O, birləşmiş müxalifətin ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etdiyini bildirib.
Q.Vaşadze bu həftənin bazar günü Rustaveli prospektində eyni tələblə kütləvi dinc aksiyanın keçiriləcəyini elan edib.
Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili  59,52%, Qirqol Vaşadze isə 40,48% səs əldə edib/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR