Sumqayıtda şöbə müdiri işdən azad olundu - Ərizəsini yazıb

Sumqayıtda şöbə müdiri işdən azad olundu - Ərizəsini yazıb

CƏMİYYƏT

29.11.2018, 14:04

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Sadıq oğlu Baxşəliyev tutduğu vəzifədən azad olunub.
N.Baxşəliyevin öz ərizəsinə əsasən müdir postunu tərk etdiyi bildirilir. 
Məlumata görə, N. Baxşəliyev istefa ərizəsini dekabrın 1-i tarixinə yazıb və həmin vaxtdan müdir vəzifəsini tərk edəcək. 
Nəriman Baxşəliyev isə Xeberle.com-a işdən azad olunması xəbəri ilə bağlı bunları deyib: "Hazırda iş başındayam. Rəhbərlik haranı məsləhət bilsə, orda da çalışacağıq".
Qeyd edək ki, o, 2017-ci ilin fevral ayından Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Hələlik müdir vəzifəsinə təyinat olmayıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR