Sürücülük vəsiqələri ilə bağlı dəyişiklik - Hökumət qərar verdi + QAYDALAR
GÜNDƏM
23.11.2018, 10:43
Nazirlər Kabineti sürücülük vəsiqələrinin verilməsi ilə bağlı bir sıra qərarlarda dəyişiklik edib.
1.1. həmin Qərarla təsdiq edilmiş "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə” üzrə:
1.1.1. 1.2-1-ci bəndin ikinci cümləsində "A1”, "A” və "B” kateqoriyalarına” sözləri "A” və "B” kateqoriyalarına, "A1” və "B1” altkateqoriyalarına” sözləri ilə əvəz edilsin və həmin bəndə "kateqoriyalara” sözündən sonra "(altkateqoriyalara)” sözü əlavə edilsin;
1.1.2. 2.1-ci bənd üzrə:
1.1.2.1. "a” yarımbəndinin birinci abzasına "C” və "D” kateqoriyalı” sözlərindən sonra ", "C1” və "D1” altkateqoriyalı” sözləri və "A1 kateqoriyalı” sözlərindən sonra "və "B1” altkateqoriyalı” sözləri əlavə edilsin;
1.1.2.2. "b” yarımbəndi üzrə:
1.1.2.2.1. birinci abzasda "və "DE” kateqoriyalı” sözləri ", "DE” kateqoriyalı və "B1”, "C1”, "D1”, "C1E”, "D1E” altkateqoriyalı” sözləri ilə əvəz edilsin;
1.1.2.2.2. ikinci abzasa "C” kateqoriyalı” sözlərindən sonra "və "C1” altkateqoriyalı” sözləri əlavə edilsin;
1.1.2.2.3. üçüncü abzasda "BE” kateqoriyası "B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslərin, "D” kateqoriyası avtonəqliyyat vasitələrini ən azı beş il idarəetmə təcrübəsinə malik olan şəxslərin, "CE” və ya "DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini müvafiq olaraq "C” və ya "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il” sözləri "BE” kateqoriyası və "C1E” altkateqoriyası müvafiq olaraq "B” və ya "C” kateqoriyasına (o cümlədən, "C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini ən azı bir il, "CE” və "DE” kateqoriyaları müvafiq olaraq "C” və ya "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il, "D” kateqoriyası, tramvaylar və trolleybuslar və "D1” altkateqoriyası "B”, "C” kateqoriyalarına və ya "C1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı beş il, "D1E” altkateqoriyası "D” kateqoriyasına və ya "D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı iki il” sözləri ilə əvəz edilsin;
1.1.2.3. "c” yarımbəndi üzrə:
1.1.2.3.1. birinci abzasa "kateqoriyasından” sözündən sonra "(altkateqoriyasından)” sözü əlavə edilsin;
1.1.3. 2.3-cü bənd üzrə:
1.1.3.1. birinci abzasa "kateqoriyasını” sözündən sonra "(altkateqoriyasını)” sözü əlavə edilsin;
1.1.3.2. "a” yarımbəndinin birinci abzasına "kateqoriyalı” sözündən sonra "və "A1”, "B1”, "C1” altkateqoriyalı” sözləri əlavə edilsin;
1.1.3.3. "b” yarımbəndinin birinci abzasına "kateqoriyalı” sözündən sonra "və "B1”, "C1” altkateqoriyalı” sözləri, "kateqoriyalarına” sözündən sonra isə "və "D1”, "D1E” altkateqoriyalarına” sözləri əlavə edilsin;
1.1.4. 2.6-cı bəndin ikinci abzasının ikinci cümləsinə "kateqoriyalı” sözündən sonra "(altkateqoriyalı)” sözü əlavə edilsin;
1.1.5. 3.6-cı bəndə "kateqoriyalı” sözündən sonra "(altkateqoriyalı)” sözü əlavə edilsin;
1.1.6. 5.6-cı bəndin üçüncü abzasına "kateqoriyalı” sözündən sonra "(altkateqoriyalı)” sözü əlavə edilsin;
1.1.7. Əsasnaməyə 4 nömrəli əlavə üzrə:
1.1.7.1. "Avtomobil nəqliyyatı vasitələri sürücülərinin hazırlanmasını və onların ixtisaslarının artırılmasını həyata keçirən tədris müəssisələrinin kabinetlərinin (siniflərinin) və qurğularının Siyahısı”nın onuncu abzasına "kateqoriyaları” sözündən sonra "(altkateqoriyaları)” sözü əlavə edilsin;
1.1.7.2. "Fərdi avtomobil nəqliyyatı, "A1” və "A” kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin kabinetlərinin və qurğularının Siyahısı”nın adından "A1” və” sözləri çıxarılsın və "kateqoriyalı” sözündən sonra "və "A1” altkateqoriyalı” sözləri əlavə edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə” üzrə:
1.2.1. 1.3-cü bənd üzrə:
1.2.1.1. birinci abzasa "kateqoriyalar” sözündən sonra "(altkateqoriyalar)” sözü əlavə edilsin;
"2-1) "B1” – "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisiklləri idarə etmək üçün;
3-1) "C1” - "D” kateqoriyasına və "D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
4-1) "D1” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
6-1) "C1E” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
7-1) "D1E” - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan "D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;”;
1.2.3. 1-ci hissənin "Qeyd”i üzrə:
1.2.3.1. birinci abzasda "A”, "C” və "BC” kateqoriyalı” sözləri "A”, "B”, "C” kateqoriyalı və "A1”, "B1” və "C1” altkateqoriyalı” sözləri ilə əvəz edilsin;
1.2.3.2. ikinci abzasda "və "DE” kateqoriyalı” sözləri ", "DE” kateqoriyalı və "D1E” altkateqoriyalı” sözləri ilə əvəz edilsin;
1.2.4. 2.1-ci bəndin birinci abzasından "A1”,” sözü çıxarılsın, ikinci halda "və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin abzasa "kateqoriyalarına” sözündən sonra "və "A1”, "B1”, "C1”, "D1”, "C1E”, "D1E” altkateqoriyalarına” sözləri əlavə edilsin;
1.2.5. 2.2-ci bənddə birinci halda "və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə "kateqoriyalarına” sözündən sonra "və "C1”, "D1”, "C1E”, "D1E” altkateqoriyalarına” sözləri əlavə edilsin;
1.2.8. 2.9-cu bənddən "A1,” sözü çıxarılsın və həmin bəndə "kateqoriyalarına” sözündən sonra ", "A1”, "B1”, "C1” altkateqoriyalarına” sözləri və "kateqoriya” sözündən sonra "(altkateqoriya)” sözü əlavə edilsin;
1.2.9. 2.10-cu bənddə "A1” ,"A” və ya "B” kateqoriyalarına” sözləri "A” və "B” kateqoriyalarına, "A1” və "B1” altkateqoriyalarına” sözləri ilə əvəz edilsin;
1.2.10.4. dördüncü abzasa "kateqoriyalarına” sözündən sonra ", yaxud "C1” və ya "D1” altkateqoriyalarına” sözləri və "kateqoriyalı” sözündən sonra ", "B1” və ya "A1” altkateqoriyalı” sözləri əlavə edilsin;
"Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.”;
1.2.12. 3.2-ci bəndin ikinci abzasına "motosikletləri,” sözündən sonra "kvadrisiklləri, trisiklləri,” sözləri əlavə edilsin;
1.2.18. Əsasnaməyə 4 nömrəli əlavə - "Təcrübi imtahanın keçirilmə Metodikası” üzrə:
1.2.18.1. aşağıdakı məzmunda 1.1.1-1-ci yarımbənd əlavə edilsin:
1.2.18.3. 1.1.4-cü yarımbəndə "CE” sözündən sonra ", C1E” sözü əlavə edilsin;
1.2.18.4. 1.1.5-ci yarımbəndə "D” sözündən sonra ", "D1” sözü əlavə edilsin;
1.2.18.5. 1.1.6-cı yarımbəndə "DE” sözündən sonra ", "D1E” sözü əlavə edilsin;
2. "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"3.1. Avtobuslarla sərnişin daşımalarına "D” kateqoriyası və ya "D1” altkateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və "B”, "C” kateqoriyalarına və ya "C1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), "D1E” altkateqoriyası üzrə avtonəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və "D” kateqoriyasına və ya "D1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olmayan), yaxud "DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 26-dan az və 65-dən çox olmayan və "D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılırlar.”;
2.2. 8.15-ci bəndə "kateqoriyası” sözündən sonra "və ya "D1” altkateqoriyası” sözləri əlavə edilsin.
3. "Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nın 3.15-ci və 4.2-ci bəndlərində "B” və "C” kateqoriyalı” sözləri "A”, "B”, "C” kateqoriyalı və "A1”, "B1” və "C1” altkateqoriyalı” sözləri ilə əvəz edilsin.
Bu Qərar 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İki deputat evləndi – Türkiyədə + FOTOLAR
Bugün, 17:07 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
İrandan Azərbaycana PUA ilə 41 kq narkotik keçirmək istəyiblər
Bugün, 16:49 KRİMİNAL
-
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
Bugün, 16:36 GÜNDƏM
-
Ceyhun Bayramov Polşaya işgüzar səfərə gedib
Bugün, 16:36 GÜNDƏM
-
Fransada “Ebola” virusua aşarlandı
Bugün, 16:29 DÜNYA
-
Türkiyə-Paraqvay matçı təkrar oynanılacaqmı? – FİFA TFF-nin şikayətinə cavab verdi
Bugün, 16:16 İDMAN
-
Bakıda məhkumda avtomat aşkarlanıb
Bugün, 16:06 KRİMİNAL
-
"Azərbaycan Beynəlxalq Bankı" və "Expressbank"ın kart əməliyyatlarında problem yaranb
Bugün, 16:05 İQTİSADİYYAT
-
Peskov: “Rusiya Belarusa hücum olarsa, dərhal cavab verəcək"
Bugün, 15:45 GÜNDƏM
-
Azərbaycanda yaşlı şəxslər daha çox hansı bölgədədir? - Statistika
Bugün, 15:45 CƏMİYYƏT
-
Kreml sözçüsündən Ukrayna və Ərdoğanla bağlı açıqlama: "Bu, Putinin ardıcıl mövqeyidir”
Bugün, 15:12 GÜNDƏM
-
RƏSMİ MOSKVADAN YEREVANA MESAJ: "Bizim çoxsaylı birgə layihələrimiz var"
Bugün, 15:02 SİYASƏT
-
İlham Əliyev Numan Kurtulmuşu qəbul edib - Müzakirə + FOTOLAR
Bugün, 14:57 GÜNDƏM
-
Sahibə Qafarova İƏTPİ-in konfransında: "Bu, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir"
Bugün, 14:45 SİYASƏT
-
"New York Times" Türkiyə yığmasını ələ saldı: "Qolf oynasaydılar, bundan daha yaxşı olardı"
Bugün, 14:34 İDMAN
-
Federasiya prezidenti tərəfdarlara “barmaq silkələdi” - "Yaxın gəl, bizi uzaqdan təhdid etmə!”
Bugün, 14:20 İDMAN
-
Özgür Özəl və komandası CHP-dən ayrılır – Yeni partyanın loqosu mediaya sızdı (FOTO)
Bugün, 14:08 SİYASƏT
-
Türkiyədə zəlzələ oldu - 4.9 bal gücündə
Bugün, 13:56 GÜNDƏM
-
Emin Əmrullayev yazır: "Söylədiyim fikir bundan ibarət idi ki, bir tələbəyə düşən təhsil haqqı..."
Bugün, 13:48 SİYASƏT
-
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bugün, 13:45 PRESS
-
İstefa verən deputat bu partiyaya keçdi - FOTO
Bugün, 13:35 SİYASƏT
-
Prezidentin köməkçisi, nazirlər, icra başçıları... - Sabirabadda regional müşavirə keçirilib + FOTOLAR
Bugün, 13:28 GÜNDƏM
-
İcra başçısı aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı bir neçə təklif irəli sürüb - Müşavirədə
Bugün, 13:27 CƏMİYYƏT
-
Türkiyənin 42 şəhərində FETÖ əməliyyatı: 128 nəfər qandallandı
Bugün, 13:19 DÜNYA
-
Mərkəz sədri: "Ceyhun Məmmədovun sözlərindən narahat olanlar aynaya baxsın"
Bugün, 13:14 SİYASƏT
-
Məktəb direktorlarının işə qəbulu... - Elektron qeydiyyat başlayır
Bugün, 13:12 GÜNDƏM
-
Bakı–Naxçıvan reysləri yenə ləğv edilib
Bugün, 13:03 GÜNDƏM
-
Sabah yağışlı hava olacaq - Proqnoz
Bugün, 12:59 CƏMİYYƏT
-
Xüsusi karantin rejiminin müddəti uzadıldı - Baş nazir qərar verdi
Bugün, 12:56 GÜNDƏM
-
Zaur Mikayılov: "Əsas hədəf..."
Bugün, 12:41 CƏMİYYƏT
-
Aqrar Sığorta - Fermerin təhlükəsizlik zəmanəti və kənd təsərrüfatının dayanıqlı inkişafının təmini
Bugün, 12:31 İQTİSADİYYAT
-
Nazir: "Pambıqçılığın inkişafına mane olan problemlər var"
Bugün, 12:18 İQTİSADİYYAT
-
Məhəmməd Baqir Qalibaf Bakıda: "İranın müqavimətinin nəticəsidir ki..."
Bugün, 12:04 SİYASƏT