Ərdoğanla Tramp jurnalistin qətlini müzakirə ediblər - Ağ Evdən bəyanat yayıldı + VİDEO

Ərdoğanla Tramp jurnalistin qətlini müzakirə ediblər -   Ağ Evdən bəyanat yayıldı + VİDEO

DÜNYA

11.11.2018, 13:27

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə ABŞ prezidenti Donald Trampla görüşüb.

Mia.az  xəbər verir ki,  Fransa prezidenti Emmanuel Makron adından Parisdə verilən rəsmi ziyafətdə baş tutan görüşlə bağlı Ağ Evdən bəyanat verilib.

Bildirilib ki, Tramp Ərdoğanla əsasən Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilən və hələ də cəsədi üzə çıxarılmayan jurnalist Camal Xaşuqci ilə bağlı aparılan istintaq ətrafında müzakirə aparıb.

Rəsmi Ankaradan isə görüşlə bağlı hələ açıqlama verilməyib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR