UEFA Avropa Liqası: "Qarabağ" Ukraynadan qalib ayrıldı

UEFA Avropa Liqası:   \"Qarabağ\" Ukraynadan qalib ayrıldı

İDMAN

09.11.2018, 09:24

 Ağdamın "Qarabağ” klubu futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Mia.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri səfərdə Ukrayna "Vorskla”sını 1:0 hesabı ilə məğlub edib.
Matçda yeganə qolu 13-cü dəqiqədə penaltidən 9 nömrəli hücumçu Araz Abdullayev vurub.
"Qarabağ" bu qələbə sayəsində qrupda ilk xallarını qazanıb və 3 xal ilə turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR