ABŞ ordusu İrana zərbə endirdi, Tehran cavab verdi - Bölgədə gərginlik yenidən böyüyür

ABŞ ordusu İrana zərbə endirdi, Tehran cavab verdi - Bölgədə gərginlik yenidən böyüyür

GÜNDƏM

Bugün, 08:52

Bu gün səhərə yaxın ABŞ ordusu İrana zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə Mərkəzi Ordu Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd edilib ki, bu, iki gün əvvəl İranın Hörmüz boğazında - Oman sahillərinə yaxın ərazidə Sinqapura məxsus  "M/V Ever Lovely" yük gəmisinə ticarət gəmisinə hücumuna cavab olaraq həyata keçirilib: "Bu gün hava qüvvələrimiz bu hücuma cavab olaraq, İranın raket və dron anbarları, radar qurğularını sıradan çıxarıılıb".

Məlumatda deyilir ki, ABŞ İranla anlaşmaya sadiqdir, lakin boğazda ticarət gəmilərinə istənilən hücuma sərt cavab verəcək. 

Bu arada İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da ABŞ hücumuna cavab verdiklərni açıqlayıb.

SEPAH-ın məlumatına görə,  İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz donanmsı  ABŞ-ın bölgədəki bazalarına cavab zərbəsi endirib.

Samir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR