Azay Quliyev: "Girovlarla bağlı ATƏT PA-nın komitə sədrindən cavab gözləyirəm" - MÜSAHİBƏ
SİYASƏT
07.11.2018, 17:23
ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev Trend-ə müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Azay müəllim, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son iclasında Ermənistanla əsir və girovların "hamının-hamıya" prinsipi ilə azad edilməsi və bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifi səsləndirilib. Həmin komissiyanın üzvü kimi bunu nə dərəcədə real hesab edirsiniz?
- Bildiyiniz kimi, Prezident İlham Əliyev əsir və girovların azad edilməsi məsələsini daim diqqət mərkəzində saxlayır və belə bir ağrılı, mürəkkəb məsələnin həlli üçün qətiyyətli addımlar ataraq bir sıra vətəndaşlarımızın azad olunmasına və ya nəşinin geri qaytarılmasına nail olub. Komissiyanın noyabrın 1-də keçirilən sonuncu iclasında da qurumun sədri Mədət Quliyev bu barədə ətraflı danışdı, görülmüş işlər və yeniliklər barədə ictimaiyyətə məlumat verdi. Mədət Quliyev iclasda Azərbaycanın əsir və girovların "hamının-hamıya” prinsipi ilə dəyişdirilməsiin tərəfdarı olduğunu diqqətə çatdırdı. Hesab edirəm ki, bu, əsir və girovların dəyişdirilməsi baxımından təkcə uğurlu bir təklif deyil, eyni zamanda problemin həllinə çox humanist bir yanaşmadır.
Onu da deyim ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi də iclasda iştirak edirdi və ümid edirik ki, o, komissyanın sədrinin bu təklifini Ermənistan tərəfinə yazılı şəkildə bir daha çatdıracaq. Baxmayaraq ki, hələ 2016-cı ildə Dövlət Komissiyası BQXK-ya müraciət edərək əsir və girovluqda saxlanılan Azərbaycan və Ermənistan vətəndaşlarının "hamının-hamıya" prinsipi ilə azad edilməsi təklifini irəli sürmüşdü.
O ki qaldı, məsələnin həllinin reallıq dərəcəsinə, əgər Ermənistanın hazırkı rəhbərliyi az da olsa konstruktivlik nümayiş etdirsə və öz vətəndaşlarının taleyinə laqeyd yanaşmasa, komissiyanın irəli sürdüyü təklifin reallaşması istiqamətində ciddi bir problem görmürəm.
Düşünürəm ki, Azərbaycanın belə bir humanist təklifi haqqında bütün beynəlxalq qurumları, xüsusilə ATƏT-in müvafiq institutlarını məlumatlandırmaq lazımdır ki, beynəlxalq ictimaiyyət kimin bu cür humanitar məsələdə necə davrandığının fərqinə varsın.
- O zaman vitse-prezidenti olduğunuz ATƏT Parlament Assambleyasının bu prosesdə iştirakını görə bilərikmi?
- Şübhəsiz ki, ATƏT PA bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Məlumat üçün deyim ki, bizim nümayəndə heyəti əsir və girovlarla bağlı məsələni müntəzəm olaraq ATƏT PA-nın sessiya və iclaslarında qaldırır. ATƏT PA-nın 3-6 oktyabr 2018-ci il tarixlərində Bişkekdə keçirilən sonuncu payız sessiyasında qurumun Demokratiya, İnsan haqları və humanitar məsələlər komitəsinin sədri Marqareta Kiner Nellenlə Ermənistanın qanunsuz olaraq girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini ayrıca müzakirə etdim. Oktyabrın 15-də isə komitə sədrinə rəsmi məktubla müraciət edərək bu məsələyə ayrıca diqqət ayırmağı və onların azad olunması üçün səlahiyyətləri çərçivəsində müvafiq addımlar atmağı xahiş etdim.
Ümid edirəm ki, yaxın günlərdə komitə sədrinin bu mövzu ilə bağlı mövqeyi və atacağı mümkün addımlar haqqında məlumatımız olacaq. Mən komitə sədri Marqareta Nellendən cavab gözləyirəm. Bundan başqa, bu il dekabrın 4-8-də Milanda keçirilən ATƏT PA-nın Büro iclasında da bu məsələni ətraflı müzakirə etmək imkanı olacaq. Hesab edirəm ki, ATƏT PA-nın əsir və girovların "hamının-hamıya” prinsipi əsasında dəyişdirilməsi haqqında Azərbaycanın təklifinə dəstək verməsi üçün kifayət qədər əsaslar var və mən də öz səlahiyyətlərim və imkanlarım çərçivəsində bu dəstəyin əldə olunmasına çalışacağam.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DÇ-2026-nın B qrupu: 2 oyun, 7 qol... - Hansı komandalar mərhələ adladı?
Bugün, 00:59 İDMAN
-
TƏBİB RƏHBƏRİNDƏN NÖVBƏTİ ƏMRLƏR - Daha 3 xəstəxana direktoru vəzifədən çıxarıldı
Bugün, 00:50 CƏMİYYƏT
-
Almaniya kansleri: “5 Avropa ölkəsi olaraq 5 mühüm mesaj verdik"
Bugün, 00:37 GÜNDƏM
-
Baş nazirdən Ukrayna ilə bağlı açıqlama: “Bizi vacib qərarlar və hadisələr gözləyir”
Bugün, 00:27 GÜNDƏM
-
Vəkil qızının ölümünə görə yenə Abşeron Mərkəzi Xəstəxanasını ittiham etdi - TƏBİB belə cavab verdi (YENİLƏNİB)
Bugün, 00:21 CƏMİYYƏT
-
Gəncə Birləşmiş Xəstəxanasının direktoru vəzifədən çıxarılıb
Bugün, 00:15 CƏMİYYƏT
-
AVROPANIN 5 ÖLKƏSİ YENİ İTTİFAQ QURUR - İtaliya Baş naziri “NATO-da Avropanın gücü artırılmalıdır” deyir
Bugün, 00:04 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
ABŞ-dan Hörmüz boğazı barədə - Açıqlama
24.06.2026, 23:21 İQTİSADİYYAT
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
24.06.2026, 23:20 SİYASƏT
-
Azərbaycan Beynəlxalq Bankı və "Expressbank"ın kartlarında problem yarandı - Ard-arda açıqlamalar (YENİLƏNİB)
24.06.2026, 22:25 İQTİSADİYYAT
-
Məmurların kabinetdə çəkilən kadrlarını - Bütün İraq danışır
24.06.2026, 21:52 DÜNYA
-
Pərviz Şahbazov İordaniya rəsmisi ilə müzakirə aparıb
24.06.2026, 21:23 İQTİSADİYYAT
-
Ölüm gerçək həyat, həyatsa yalançı ölümdü... - “Səmimi söhbət”in qonağı Qulu Ağsəslə MÜSAHİBƏ
24.06.2026, 20:36 MƏDƏNİYYƏT
-
Sabah Yasamalın bu ərazilərində işıq olmayacaq
24.06.2026, 20:20 GÜNDƏM
-
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi açıqlandı - Ən yüksək bal toplayanların ADLARI
24.06.2026, 20:08 GÜNDƏM
-
Türkiyə və İran spikləri Bakıda görüşdü: "Türkiyəni kədərinizə şərik hesab edin"
24.06.2026, 19:18 SİYASƏT
-
Daha bir bələdiyyə sədri CHP-dən istefa verdi
24.06.2026, 18:03 DÜNYA
-
"Azərbaycan xalqı və dövləti İran xalqı və dövlətinin yanında oldu" - İlham Əliyev iranlı spikeri qəbul etdi + FOTOLAR
24.06.2026, 17:58 GÜNDƏM
-
"Bu, Fransanın həm regiondakı nüfuzuna, həm də etibarlı tərəfdaş imicinə ciddi zərbə vurur" - XİN-dən bəyanat
24.06.2026, 17:51 GÜNDƏM
-
Bakıda həbs edilən Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verildi
24.06.2026, 17:11 KRİMİNAL
-
İki deputat evləndi – Türkiyədə + FOTOLAR
24.06.2026, 17:07 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
24.06.2026, 17:00 İQTİSADİYYAT
-
İrandan Azərbaycana PUA ilə 41 kq narkotik keçirmək istəyiblər
24.06.2026, 16:49 KRİMİNAL
-
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
24.06.2026, 16:36 GÜNDƏM
-
Ceyhun Bayramov Polşaya işgüzar səfərə gedib
24.06.2026, 16:36 GÜNDƏM
-
Fransada “Ebola” virusu aşkarlandı
24.06.2026, 16:29 DÜNYA
-
Türkiyə-Paraqvay matçı təkrar oynanılacaqmı? – FİFA TFF-nin şikayətinə cavab verdi
24.06.2026, 16:16 İDMAN
-
Bakıda məhkumda avtomat aşkarlanıb
24.06.2026, 16:06 KRİMİNAL
-
Peskov: “Rusiya Belarusa hücum olarsa, dərhal cavab verəcək"
24.06.2026, 15:45 GÜNDƏM
-
Azərbaycanda yaşlı şəxslər daha çox hansı bölgədədir? - Statistika
24.06.2026, 15:45 CƏMİYYƏT
-
Kreml sözçüsündən Ukrayna və Ərdoğanla bağlı açıqlama: "Bu, Putinin ardıcıl mövqeyidir”
24.06.2026, 15:12 GÜNDƏM
-
RƏSMİ MOSKVADAN YEREVANA MESAJ: "Bizim çoxsaylı birgə layihələrimiz var"
24.06.2026, 15:02 SİYASƏT
-
İlham Əliyev Numan Kurtulmuşu qəbul edib - Müzakirə + FOTOLAR
24.06.2026, 14:57 GÜNDƏM