Ramil Usubov rəis müavinini Ağdama rəis göndərdi - Təyinat

Ramil Usubov rəis müavinini Ağdama rəis göndərdi -  Təyinat

GÜNDƏM

03.11.2018, 16:05

 Daxili işlər orqanlarında yeni təyinat olub. 
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Ağdamın polis rəisi Elçin Qasımov tutduğu vəzifədən azad edilərək Tərtər rayon Polis şöbəsinin rəisi təyin edilib/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR