"Lester"in prezidenti qəzada öldü - FIFA kluba başsağlığı verib

\"Lester\"in prezidenti qəzada öldü -    FIFA kluba başsağlığı verib

İDMAN

29.10.2018, 13:41

 FIFA İngiltərənin "Lester" klubunun prezidenti Vişay Şrivaddanaprabhanın ölümü ilə əlaqədar kluba başsağlığı verib. 
"Report" xəbər verir ki, qurum başsağlığı məktubunu rəsmi "Twitter" hesabı vasitəsilə paylaşıb. Mətndə FIFA-nın prezidenti Canni İnfantino hadisə zamanı həyatını itirən şəxslərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verməsi əksini tapıb.  
Qeyd edək ki, "Lester Siti" futbol klubunun sahibi Vişay Şrivaddanaprabha vertolyot qəzası nəticəsində ölüb. Hadisədə həmçinin onun qızı, pilot və daha 2 nəfər həyatını itirib. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR