Farer adaları - Azərbaycan futbol matçı təxirə salına bilər - Səbəb + FOTO

img

11-10-2018 [21:16]


Farer adaları və Azərbaycanın futbol yığmaları arasındakı UEFA Millətlər Liqası matçı təxirə salına bilər.

"Report"un stadionda olan əməkdaşının verdiyi məlumata görə, səbəb "Torsvollur" arenasının dumana bürünməsidir.

Hazırda Farer adalarının paytaxtında çiskinli hava hökm sürür.

Oyun Bakı vaxtı ilə saat 22:45-də start götürməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR