19-09-2018 [11:07]
Sabah, sentyabrın 20-dəAzərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunacaq.
Mia.az xəbər verir ki, hər il olduğu kimi, bu il də Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək.
24 rayonda (28 yerdə) nəzərdə tutulan qanvermə aksiyasının20-si məscidlərdə,8-i isəMərkəzi Xəstəxana şəraitində olacaq.
Aksiyalar səhər 9:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Məlumat üçün bildirək ki,Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.
Qeyd edək ki,Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.
İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur.
Xatırladaq ki,Miladi təqvimi ilə sentyabrın 11-i Məhərrəm ayı başlayıb.Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq.
Qanverməaksiyalarının keçiriləcəyini ünvanlar aşağıdakı kimidir:
№ | Şəhər, rayon | 2018-ci il təklif olunan yerlərin sayı | Qanvermə aksiyasının keçirilməsi üçün təklif olunan yerlər | Ünvan |
1. | Binəqədi | 1 | -İmam Əli məscidi | 6-cı Mik.Rayon M.Məmmədxan k.3215-ci məhəllə |
2. | Xəzər | 2 | -14saylı Birləşmiş şəhər xəstəxanası,- Mir Möhsün ağa ziyarətgahı | - Buzovna qəs. R. Axundov küçəsi 2- Şüvəlan qəs. A. ildırım küçəsi 1 |
3. | Nəsimi | 2 | - Əjdərbəy məscidi (Mərasim zalı)- 20 saylı şəhər paliklinikası | - S. Vurğun küçəsi 78- 3-cü mikrorayon, Cavadxan küçəsi 22. |
4. | Nizami | 1 | - Şah Abbas məscidi | - Keşlə qəs. M. Hilal küçəsi 18 |
5. | Sabunçu | 1 | - Rəhimə xanım ziyarətgahı | - Nardaran qəs. M. F. Axundzadə küç.107 |
6. | Səbail | 2 | - Bibiheybət məscid ziyarətgahı.- İçəri şəhər Cümə məscidi | - Bibiheybət yolu 2- İçəri şəhər, Asəf Zeynallı küçəsi 49 |
7. | Suraxanı | 1 | - Qaraçuxur məscidi | - Qaraçuxur qəs. Ə. Mehbalıyev keç. 58 |
8. | Yasamal | 2 | - Təzəpir məscidi- Hacı Soltanəli məscidi | - M. F. Axundov 7- S. Əskərov küç. 75 |
9. | Gəncə | 1 | - İmamzadə kompleksi | - Atabəylər prospekti 230 |
10. | Lənkəran | 1 | - Böyük bazar məscidi | - Hacılar küçəsi 1 |
11. | Mingəçevir | 1 | - Heydər məscidi | - Aydın Məmmədov 53 |
12. | Sumqayıt | 1 | - Sumqayıt şəhər Cümə məscidi | - Sahil küçəsi 5 |
13. | Şəki | 1 | - İmam Əli məscidi | - Şəki ş. Pişəvəri küç. 4 |
14. | Şirvan | 1 | - Mərkəzi Qan bankının Şirvan bölməsi | -Heydər Əliyevprospekti 16 |
15. | Ağcabədi | 1 | - Ağcabədi ray. Mərkəzi xəstəxanası | - Hüsü Hacıyev küç. 104 |
16. | Ağsu | 1 | - Ağsu ray. Mərkəzi xəstəxanası | - M. Rəsulzadə küç. 172 |
17. | Beyləqan | 1 | - Beyləqan ray. Mərkəzi xəstəxanası | - Sevil Qazıyeva küç 21 |
18. | Bərdə | 1 | - Bərdə İmamzadə | - Nüşabə küç. 34 |
19. | Biləsuvar | 1 | - Biləsuvar ş. Cümə məscidi | - Nizami küç. 55 a |
20. | Cəlilabad | 1 | - Cəliabad ray. Mərkəzi xəstəxanası | - Mehdi Hüseynzadə küç. 82 |
21. | Göyçay | 1 | - Əbülfəzlil – Abbas məscidi | - N. Nərimanov küç. 70 |
22. | Xaçmaz | 1 | - Xaçmaz şəhər məscidi | - 20 yanvar 34 |
23. | Quba | 1 | - Mərkəzi qan bankının Quba bölməsi | - Fətəli xan küç. 10 c |
24. | Masallı | 1 | - Masallı şəh. Cümə məscidi | - Fizuli küç. 1 |
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Bu gün Əfv Məsələləri Komissiyası toplanır - 100-dən çox müraciətə baxılacağı gözlənilir
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı
Blinken Qəzza ilə İsrail arasındakı sərhəd qapısı ilə yəhudi qəsəbəsini ziyarət edib - FOTO
Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
TFF-dən seçki açıqlaması: "İstəsələr belə, xeyri yoxdur" - "60 gündən tez seçki ola bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED yeni qərarını açıqladı
İsrail ordusu Nusayrat düşərgəsinə hücum edib - 1 ölü, 5 yaralı var
Lənkəran Regional Elmi Mərkəzində “Şəkinin ədəbi-mədəni mühiti və folklor” mövzusunda tədbir keçirilib - FOTOLAR
İşə düzəltmə və... - İcra başçısının adı sensasion məhkəmə işində hallandı: "134 mini və 20 min manatı ona verdim..."
Qazaxıstanda Azərbaycan və Ermənistan arasında danışıqları keçiriləcək - Tokayev anons verdi
Məhkəmə Qubad İbadoğlu haqqında daha bir qərar verdi
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
Netanyahu yenə meydan oxudu: "Ora girəcəyik, başqa yolumuz yoxdur" - "Məhkəmənin qərarı bizim üçün yox hökmündədir"
Silahlı şəxs saxlanılıb - Hədə-qorxu gəldiyi üçün
Xankəndidə silah-sursat aşkarlanıb
Könül Mehtiyeva Avropa çempionatının finalına təyinat alıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: İlham Əliyev çıxış edib (TAM MƏTN, FOTOLAR)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş direktor, müavini və şöbə müdiri... - Səhiyyə sahəsində yeni əməliyyat olub, saxlanılanlar var (ADLAR, Yenilənib
Bakının Nizami rayonunda dərəbəylikdir - İcra Hakimiyyətindən xəbərə reaksiya (FOTOLAR, YENİLƏNİB)
Prezident İlham Əliyev Zuhair Əlhartini ilə görüşüb (Yenilənib)
Türkiyədə 1 Mayla bağlı gərginlik: aksiyaçılarla polis toqquşdu, yaralılar var - FOTOLAR
İYİ Partiyada təhvil-təslim oldu - Akşener siyasətlə vidalaşıb