“Porto» iki penalti qaçırdı, “Qalatasaray” uddu

img

03-08-2013 [20:33]


 Londonda keçirilən "Emirates Kuboku”na start verilib. Açılış maçtında Türkiyə çempionu "Qalatasaray” Portuqaliyanın "Portu” klubu ilə qarşılaşıb.

 Oyun türklərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 71-ci dəqiqədə Felipe Melo imza atıb. Eliaquim Manqala Emmanuel Ebueyə qarşı kobud oynayıb və hakim "Portu”nun qapısına penalti təyin edib. Topa yaxınlaşan Melonun zərbəsi dəqiq olub. 

 Portuqaliya klubu isə iki penalti zərbəsini boşa verib. 19-cu dəqiqədə Cekson Martinesin zərbəsini təcrübəli qapçı Muslera dəf edib. 77-ci dəqiqədə Luço Qonzalesin zərbəsi isə dəqiq olmayıb.

 "Emirates Kuboku”da "Qalatasaray” və "Portu”dan başqa meydan sahibi "Arsenal” və "Napoli” iştirak edir.

 Sabah türk klubu «Arsenal»la oynayacaq.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA