Kasilyas: "Dieqo Lopez əsas heyətdə oynamağa layiqdir"

img

29-06-2013 [08:18]


"Real"ın qapıçısı İker Kasilyas Joze Mourinyo tərəfindən kluba transfer olunan Dieqo Lopez haqqında müsbət fikirlər səsləndirib. O, "Marca"ya açıqlamasında Lopezin son mövsümdə çox yaxşı oyun sərgilədiyini deyib: "Lopez çox yaxşı təsir bağışladı. Parlaq bir mövsüm keçirdi və əsas heyətdə oynamağa layiqdir". Kasilyas ayrıca ispan qolkiperin yaxşı qapıçı ilə yanaşı, yaxşı insan olduğunu da bildirib. Qeyd edək ki, Kasilyas son mövsümün yanvar ayında əlindən zədələndiyi üçün daha sonra isə klubun sabiq çalışdırıcı Joze Mourinyo ilə problemlər səbəbindən Madrid klubunda forma geyinə bilməyib. Lakin yeni mövsümdən onun yenidən start heyətdə meydana çıxacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA