Semih Şəntürk "Fənərbaxça"dan qovuldu

img

19-06-2013 [11:30]


Türkiyənin "Fənərbaxça" klubu futbolçusu Semih Şəntürkün komandadan ayrılması ilə bağlı mətbuatda yayılan xəbərlərə rəsmi münasibət bildirib. Klub saytında verilən açıqlamada əvvəlcə oyunçunun komandanın yeni mövsüm planları arasında yer aldığını deyilsə də, hücumçunun 10 gün öncə hazırlıqlara dəvət edilməsinə baxmayaraq, təlim-məşq toplanışına gəlməyib. Buna görə də futbolçunun meneceri ilə görüşüldüyü və Semihin yeni mövsüm planları arasında yer almadığı klub tərəfindən rəsmən açıqlanıb. Qeyd edək ki, Semih Şəntürk 16 yaşından "Fənərbaxça"nın heyətinə cəlb olunub. 2002-ci ilədək əvəzedici komandada və icarə əsasında ?İzmirspor?da çıxış edən Şəntürk sonradan əsas heyətə cəlb olunub. O, ?Fənərbaxça?ın heyətində 200 oyuna 61 qol vurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA