Azərbaycan "Avro-2020" ilə bağlı izçi qrupu yaratdı

img

14-06-2013 [02:18]


2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 may 2013-cü il tarixli Sərəncamına əsasən sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub. AFFA-nın rəsmi saytında verilən məlumata görə, 2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə bağlı namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq UEFA-ya təqdim etmək üçün sifariş kitabının hazırlanması məqsədilə AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə İşçi Qrup yaradılacaq. İşçi Qrupun rəhbəri AFFA-nın baş katibi təyin olunub. Qeyd edək ki, əmrin icrasına nəzarəti AFFA-nın prezidenti Rövnəq Abdullayev öz üzərinə götürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA