Falkaonun 30 milyon avroluq ayaqları bərbad günə düzdü

img

14-06-2013 [02:16]


"Monako"nun yeni transferi, Kolumbiya milli komandasının futbolçusu Radamel Falkao zədələnib. Dünya çempionatının seçmə mərhələsinin Peruya qarşı matçında rəqibin kobud oyunu nəticəsində topuğundan ciddi zərbə alan hücumçu zədəsinin durumunu əks etdirən şəkili sosial şəbəkələrdə yayımlayıb. Qeyd edək ki, Falkao mövsüm bitində ?Atletiko?dan ?Monako?ya 60 milyon avroya transfer edilib. Onun bir ayağının dəyəri 30 milyon avro olaraq qiymətləndirilir. Yeri gəlmişkən, Peruyla matç 2:0 hesabı ilə Kolumbiyanın xeyrinə başa çatıb. Oyundan qollardan birini penalti zərbəsi ilə Falkao vurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA