Icra bazçısı ilə xəbər saytı arasında məhkəmə qalmaqal yekunlazır

img

29-05-2013 [04:34]


Xəbər verildiyi kimi, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin iddiası əsasında Vətəninfo.az xəbər portalı məhkəməyə verilib. Bu gün Səbail rayon Məhkəməsində hakim Nürəddin Bağırovun sədrliyi ilə məhkəmə öz işinə başlayıb. Vətəninfo.az xəbər portalının təsisçisi və baş redaktoru Nahid Canbaxışlı bildirib ki, bu gün keçirilən prosesdə məhkəmədən Vilyam Hacıyevin iddiasının rədd edilməsini tələb edilib və ?Vilyam Hacıyev iş adamının həbsinə səbəb oldu? başlıqlı məlumatda icra başçısının şərəf və ləyaqətinə toxunacaq hər hansı bir fikrin yer almadığını vurğulayıb. ?Məhkəmədə məlumatda adı hallanan iş adamı Cahangir Alışovun özü də iştirak etdi və şahid qismində dindirilib. Cahangir müəllim məhkəmədə də təsdiqlədi ki, onun həbsi Vilyam Hacıyevin sifarişi ilə həyata keçirilib. Bununla bərabər, o, haqqında 5 günlük həbs qərarı çıxarıldıqdan sonra Vətəninfo.az xəbər portalına telefon açaraq məhz Vilyam Hacıyevin göstərişi ilə həbs olunduğu haqqında məlumat verib. Yəni, biz havadan məlumat yaymadığımızı və Vilyam Hacıyevə qarşı hər hansı bir şərəf və ləyaqətə toxunacaq xəbərə yer vermədiyimizi məhkəmədə sübuta yetirdik?. Nahid Canbaxışlı onu da bildirib ki, məhkəmə son sözü iyunun 18-də verəcək və qətnamə çıxarılacaq: ?Əminəm ki, məhkəmə ədaləti bərpa edərək, bizə qarşı yönələn iddianı ləğv edəcək və Azərbaycanda internet mediaya qarşı bəzi məmurların başlatdıqları bu təzyiqlərin qarşısını almış olacaq. Hesab edirəm ki, istər Vilyam Hacıyev, istərsə də digər məmurlar haqlarında çıxan məlumatlarla bağlı məhkəməyə müraciət etmədən öncə öz mövqelərini məhz onlarla bağlı xəbər yayan internet mediaya təqdim etməlidirlər. Əgər həmin internet xəbər portalı onların mövqeyini dərc etməsə, hüquqlarını hüquqi müstəvidə qorumağa borcludurlar. Biz sadəcə xəbəri alıb yaymışıq. Əgər Vilyam Hacıyev yayılan xəbərin yalan olduğunu bildirirsə, öz mövqeyini bizə bildirə bilərdi. Təəssüflər olsun ki, o bunu etmədi və məhkəmə yolunu seçdi. Hesab edirəm ki, onun bu addımı seçki öncəsi həm ölkə daxilində, həm də ölkə xaricində yaxşı qarşılanmayacaq?. Xatırladaq ki, adışıkilən icra başçısı mia.az-ı da məhkəməyə verib. Agentliklə başçının oxşar davası isə iyunun əvvəlində başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR