Vüqar Səfərli jurnalistlərin evindən danızdı: "Biz prezidentin adından danıza bilmərik"

img

16-05-2013 [04:03]


?Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən binadakı mənzillərin hansı jurnalistlərə verilməsi prezidentin səlahiyyətindədir?. Mayın 16-da ?Media forum? saytına açıqlamasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli belə deyib. Vüqar Səfərli bildirib: ?Bağladığımız müqaviləyə görə, bina tam şəkildə sentyabr ayında təhvil verilməlidir. Biz imkan daxilində binanın milli mətbuatın yarandığı günə - iyulun 22-dək hazır olmasına çalışırıq. Jurnalistlərə mənzilləri media bayramı günü hədiyyə etmək istəyirik. Yəni bu bizim arzumuzdur. Amma götürdüyümüz öhdəliyə görə bina sentyabr ayında hazır olmalıdır?. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru qeyd edib ki, mənzil almaq üçün müraciət edən jurnalistlərin sənədləri Prezident Administrasiyasına təqdim olunacaq: ?Bizim işimiz yalnız binanın tam keyfiyyətli şəkildə tikilib başa çatdırılmasına nəzarət etməkdir. Qalan məsələlər prezidentin səlahiyyətindədir. Bu səbəbdən biz prezidentin adından danışa bilmərik. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov həmin mənzillərin jurnalistlərə hansı meyarlarla veriləcəyini açıqlayıb. Mənzilləri də başqaları yox, məhz jurnalistlər alacaq. Kimlərin alıb-almayacağını isə indidən demək mümkün deyil?. 2010-cu il iyulun 22-də prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. Binanın tikintisinə 2011-ci ildə start verilib. Bina 16 mərtəbəli, 2 blokludur, 2-3 otaqlı mənzillərdən ibarətdir. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2013-cü ilin may ayında jurnalistlərə deyib ki, tikilən evlərin paylanması tam şəffaf keçiriləcək və yalnız layiq olan jurnalistlərə təqdim olunacaq: ?Seçim üç prinsip əsasında aparılacaq. Bunlar Azərbaycanda xidməti, haqqı, ehtiyacı olan jurnalistlər olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA