Daha bir fransız klubu "inqilabi" transferler aparır

img

28-05-2013 [01:09]


Fransanın daha bir klubu ulduzlar yığır. PSJ-dən sonra "Monako" da möhtəşəm futbolçulara imza atırır. Məlumata görə, Fransa çempionatında yarışan klub "Real"ın futbolçusu Rikardo Karvalyo ilə razılığa gəlib. Portuqaliyalı müdafiəçinin bazar ertəsi Fransaya gedərək rəsmi müqavilə bağlayacağı bildirilir. Yeri gəlmişkən, ?Monako?nun ?Real?dan Fabio Koentraunu da almaq istədiyi bildirilir. Qeyd edək ki, bundan əvvəl "Monako" "Portu"dan Moutinyo və Rodrigesi transfer edib, "Atletiko"dan Falkao və ?Barselona?dan isə Viktor Valdesi heyətinə qatmağa hazırlaşır. Son xəbərdə daha çox diqqətçəkənməqam isə Falkaonun fransız klubuna keçidinə sevgilisi Otalvaro israrlıdır. Ulduz qolçunun sevgilisi onun Fransaya köçməsini istədiyini bildirib: "Fransa möhtəşəm ölkədir, biz orada daha gözəl günlər yaşaya bilərik".

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA