Almanların finalı: ?Bavariya? "Barselona"ya 7 qol vurdu, finala çıxdı

img

02-05-2013 [09:57]


Çempionlar Liqasının ikinci finalçısı məlum olub. "Borussiya"nın finala çıxmasından sonra digər finalçının da adına aydınlıq gəlib. "Barselona"nın qonağı olan ?Bavariya? ilk oyunda olduğu kimi yenə rəqibinə aman verməyib. Birinci qarşılaşmada rəqib qapısına dörd cavabsız qol vuran Almaniya təmsilçisi bu oyunda da üstün tərəf olub və 3:0 hesabı ilə qalib gəlib. Beləliklə "Bavariya" hər iki oyunun nəticəsinə görə "Barselona"nın qapısına yeddi cavabsız qol vuraraq adını finala yazdırıb. Qolları Robben (49), Pike (72-avtoqol), Müller (78) vurublar. İlk oyun (0:4) Bununla da mayın 25-də "Uembli"də baş tutacaq final görüşündə iki alman komandası - "Borussiya" və "Bavariya" üz-üzə gələcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA