icra bazçısının saytları məhkəməyə verməsi pislənildi

img

22-05-2013 [01:47]


Xəbər verdiyimiz kimi, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 11.04.2013-cü ildə Vətəninfo.az xəbər portalında ?Vilyam Hacıyev iş adamının həbsinə səbəb oldu? başlıqlı xəbərdə özünün şərəf və ləyaqətinin təhqir olunduğunu əsas tutaraq, Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib və xəbər portalının 100 min manat cərimələnməsini tələb edib. Veteninfo.az xəbər verir ki, məhkəmə prosesi hakim Nürəddin Bağırovun sədrliy ilə mayın 29-da saat 11:00-da keçiriləcək. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycanda yazılı və elektron medianın, o cümlədən internet medianın inkişafı istiqamətində ortaya qoyduğu mövqeyi, Milli Mətbuat Günü ərəfəsində dövlətin mətbuata qarşı göstərdiyi diqqət və qayğının artdığı bir ərəfədə İmişli rayon icra başçısının bu addımı həm siyasilər, həm də jurnalist təşkilatları və hüquq müdafiəçilərinin qəzəbinə tuş gəlib. Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu Veteninfo.az və digər saytların icra başçısı Vilyam Hacıyev tərəfindən məhkəməyə verilməsi ilə bağlı fikirlərini bölüşərkən bildirib ki, o, Vilyam Hacıyevin bu addımını pisləyir: ?Jurnalistə qarşı hər hansı təpki dövlətin imicinə mənfi təsir edir. Dövlət məmurunun bu faktdan xəbərsiz olması onu göstərir ki, ölkənin taleyinə biganədir. Saytdakı əleyhinə olan müsahibələri, açılqlamaları oxuyub əsəbiləşən icra başçısı yaxşı olardı ki, həmin mətbuat orqanını məhkəməyə verməkdənsə, ona irad bildirən şəxslərin iddialarına cavab versin. Mətbuatın işi müxtəlif fikirləri cəmiyyətə çatdırmaqdı. Qarşı tərəfin də söz demək haqqını tanımaq şərti ilə. Əgər sayt rəhbərliyi ?yox, icra başçısının mövqeyini vermirik? deyə etiraz etsəydi, birincinin məhkəməyə müraciət etməsində məntiq tapmaq olardı. Hazırda isə belə deyil. Yəqin ki, bu hadisə də sülhlə yekunlaşacaq. Çünki mətbuata təzyiq həmişə ziyanlı nəticələr verib?. Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə məsələ ilə bağlı qeyd edib ki, bu gün Azərbaycan iqtidarı jurnalist təşkilatlarının rəhbərləri ilə bir araya gələrək ?Diffamasiya haqqında? qanunla bağlı birgə müzakirələr aparır və bu qanunun qəbulu yönündə hakimiyyət ciddi müsbət addımlar atır. ?Amma çox təssüflər olsun ki, belə bir qanunun müzakirəsinin getdiyi bir ərəfədə hər hansı bir yerli icra başçısı Vətəninfo.az xəbər portalını məhkəməyə verərək 100 min manat cərimə kəsilməsini tələb edir. Hansı ki, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev özünün təhqir olunduğunu, şərəf və ləyaqətinin alçaldığını iddia etdiyi xəbərdə bu və ya digər şəkildə onun şərəf və ləyaqətinə toxunacaq bir sətir belə yoxdu. İkincisi də, xəbər portalı məlumatı yaymaqla bərabər, ona məlumatı verənlərin də mövqeyini qoyub. Yəni, icra başçısı gərək belə məsələlərə diqqət etsin. Onun bu addımı birbaşa mətbuata qarşı təyziqdir?. Xatırladaq ki, adıçəkilən icra başçısı iş adamlarının şikayətlərini yaydığı üçün Mia.az-ı da (Müstəqil İnformasiya Agentliyi) məhkəməyə verib. Maraqlı burasıdır ki, həmin vaxt başçı şikayətlərə münasibət bildirməkdən yayınsa da, məhkəməyə müraciət etməyi üstün tutub. Halbuki, o, saytlara mövqeyi ilə bağlı müraciət göndərərdisə, ortaya belə bir problem də çıxmazdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR