Keçmiz deputat Musa Musayev YAP və məmurlara meydan oxudu

img

30-04-2013 [11:40]


Fəaliyyəti qadağan olunan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı sonuncu videoda Binəqədi rayonundan o zamankı deputatlığa namizəd YAP Siyasi Şurasının üzvü Musa Musayevin adı çəkilir. Mia.az xəbər verir ki, ?Bizim Yol?a açıqlamasında Musa Musayev Elşad Abdullayev və onu müdafiə edən məmurlar barəsində maraqlı açıqlamalar verib. Elşad Abdullayevin dələduz oldğunu hələ 2005-ci ildə söylədiyini deyən Musa Musayev bildirib ki, ancaq həmin vaxt ABU rektorunun hakimiyyət dairələrində güclü dəstəyi olub: ?Mən ANS-in pullu efirində onu ifşa elədim. (Musa Musayev həmin çixşini qəzetə təqdim edib). Necə olurdu ki, YAP-ın rəsmi namizədlərinə qarşı alternativ olanlar o zaman partiyadan çıxarılırdı, amma Elşad Abdullayevə dəyən olmurdu. İcra strukturları açıq şəkildə ona dəstək verirdi. Demək ki, ?torbada pişik varmış?. Hələ bu azmış kimi sonradan Binəqədi 9 saylı dairədən təkrar seçkidə Elşad Abdullayevi YAP-ın rəsmi namizədi kimi irəli sürdülər. Onu həmin zaman müdafiə etdilər. Bu gün isə Elşad Abdullayev Azərbaycan dövlətinin imicini korladı. Bizi bütün dünyada rüsvay elədi. Azərbaycan hökuməti üçün təəssüf doğuran bir vəziyyət yarandı. Bu işdə günahı təkcə onda yox, ona vaxtilə dəstək verən məmurlarda və bəzi YAP-çılarda axtarmaq lazımdır. Hesab edirəm ki, məlum məsələlərlə bağlı məsuliyyəti həm də onu vaxtilə müdafiə edənlər daşımalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR