?Malaqa? avrokuboklardan rəsmən uzaqlazdırıldı

img

17-05-2013 [10:57]


UEFA İspaniyanın "Malaqa" klubunu iki il müddətinə öz bayrağı altında keçirilən bütün turnirlərdən kənarlaşdırıb. Buna səbəb klubun keçən il olduğu kimi bu mövsümdə də kredit və vergi borclarını ödəyə bilməməsidir. Mövsümün əvvəlində ali qitə qurumu komandanı Çempionlar Liqasına buraxmamağı gündəmə gətirsə də, ?Malaqa? 2013-ci ilin mart ayına qədər bütün borcların ödəniləcəyinə söz verdiyi üçün komandanın turnirdə iştirakına icazə verilmişdi. Klub verdiyi sözün üstündə duraraq borclarını ödəyib. Ancaq bu mövsüm də yenidən borcları yaranan klub ?Fair Play? qaydalarına əsasən iki illik cəzalandırılıb. Bu qərarın ardından isə ispan klubu apelyasiya şikayəti verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA