"Neftçi" çempion, "Qarabağ" vitse-çempion oldu

img

14-05-2013 [11:36]


Bu gün Topaz Premyer Liqanın 31-ci turunun növbəti oyunları keçirilib. Dörd qarşılaşma ilə tura yekun vurulub. Günün ən maraqla gözlənilən oyunu Qəbələdə baş tutub. Belə ki, ?Qəbələ?nin qonağı olan ?Neftçi? bir xal qazansa belə, çempionluğunu bayram edəcəkdi ki, buna da nail olub. 1:1 hesabı ilə yekunlaşan həmin oyundan sonra "Neftçi" tarixində səkkizində dəfə Azərbaycan çempionu olub. "Ağ-qaralar" eyni zamanda dalbadal üçüncü dəfə Premyer Liqamızın qızıl mükafatını qazanıb. Gümüş medallar uğrunda yarışan ?Qarabağ? isə "Bakı"nı məğlub edib və son turun nəticəsindən asılı olmayaraq, ikincililiyi təmin edib. Bu, "Qarabağ"ın ən yaxın izləyicisi "İnter"in Zaqatalada "Simurq"a 0:1 hesablı məğlubiyyətindən sonra baş verib. Beləliklə, son turun nəticəsindən asılı olmayaraq, "Neftçi" bu mövsümü çempion, "Qarabağ" vitse-çempion, "İnter" isə üçüncü yerin sahibi kimi başa vuracaq. 14 may 17:30. ?Rəvan? ? AZAL - 3:5 ?Bayil Arena? stadionu Qollar: Ruslan Tağızadə, 12 (0:1), Viktor İqbekoi, 28-avtoqol (1:1), 31 (1:2), Miloş Adamoviç, 44 (2:2), Ramazan Abbasov, 52 (3:2), Taqim Novruzov, 63 (3:3), Junior Nildo, 66 (3:4), 75-pen (3:5) 17:30. ?Qarabağ? ? ?Bakı? - 3:1 T. Bəhramov adına Respublika stadionu Qollar: Risto Ristoviç, 18 (0:1), Muarem Muarem. 37 (1:1), Vüqar Nadirov, 58 (2:1), Dennis İvanovs-avtoqol, 72 (3:1) Qırmızı vərəqə: Rauf Əliyev, 84 ("Bakı") 17:30. ?Simurq? ? ?İnter? - 1:0 Zaqatala şəhər stadionu Qol: Zdravko Popoviç, 38-pen (1:0) 17:30. ?Qəbələ? ? ?Neftçi? - 1:1 Qəbələ şəhər stadionu Qol: Rəşad Sadiqov, 13 (0:1), Yannik Kamanan, 72 (1:1) 13 may 17:30. ?Turan? ? ?Kəpəz? - 3:5 ?Dalğa Arena? stadionu 17:30. ?Sumqayıt? ? ?Xəzər Lənkəran? - 1:0 ?Bayıl Arena? stadionu

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA