Aykut Kocaman məğlubiyyətdən, Xorxe Xesus qalibiyyətdən danızdı

img

03-05-2013 [01:16]


"Çox məyusuq. Finalda oynamağı çox istəyirdik. Matçın əvvəlində rəqibin təzyiqi normal idi. İkinci qoldan sonra işimiz daha çətinləşdi. "Benfika" uzun illərdir bu səviyyədə oynayır". Bu sözləri "Fənərbaxça"nın baş məşqçisi Aykut Kocaman UEFA Avropa Liqasının yarımfinal mərhələsinin "Benfika" ilə cavab matçından (1:3) sonra bildirib. Baş məşqçi məğlubiyyətin səbəbi kimi komandada zədəli futbolçuların olmasını göstərib: "Kuytun zədəli halda oynaması, Səlcukun oyunu davam etdirə bilməməsi bizə çətinlik yaratdı. Burdan istədiyimiz nəticə ilə dönə bilərdik". "İstanbuldakı matçda yaxşı idik, ancaq futbolda hər zaman güclü tərəf qazanmır. İlk oyunda 0:1 hesablı məğlubiyyət bizim üçün təhlükəli nəticə idi. Futbolçularıma səbrli olsalar, qolları vuracaqlarını söyləmişdim. Bunu bacararaq layiq olduğumuz finala çıxdıq". Bunu isə "Benfika"nın baş məşqçisi Xorxe Xesus oyundan sonra deyib. 58 yaşlı çalışdırıcı qapılarına təyin olunan penalti epizodu haqqında da danışıb: "Penaltinin olmadığı bir anda rəqibimiz on bir metrlik cərimə zərbəsi qazandı. "Fənər" bundan başqa bizə hər hansı təhlükə yaratmadı". Qeyd edək ki, iki oyunun nəticəsinə (0:1. 3:1) əsasən "Benfika" finala vəsiqə qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA