"çempionlar Liqasındakı uğursuzluğu unutdurmaq istəyirik"

img

17-05-2013 [10:24]


"Çempinlar Liqasında "Borussiya" (Dortmund) ilə yarımfinal matçında çox az fərqlə finalı əldən verdik. Hədəfə bu qədər yaxın olub, ona çata bilməmək təəssüfləndiricidir. Bu məğlubiyyəti az da olsa unutdurmaq üçün İspaniya kubokunu qazanaraq azarkeşlərimizi sevindirmək istəyirik". Bunu "Real"ın futbolçusu Xabi Alonso İspaniya kubokunda "Atletiko" ilə final oyunu öncəsi klubun saytına danışarkən deyib. Öz oyunlarını nümayiş etdirdikləri təqdirdə qələbə qazanacaqlarını düşünən yarımmüdafiəçi rəqib haqqında da danışıb: "Atletiko" sona qədər mübarizə aparan komandadır. Onlar da qalib gəlmək üçün bizim qədər istəklidir. Buna görə də son dərəcə maraqlı bir matç olacaq. Ümid edirəm ki, gülən tərəf biz olacağıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA