"Əclaflara kömək edəcək adam Eynulla Fətullayev deyilsə, bəs kimdir?"

img

29-04-2013 [12:06]


Aprelin 25-də yeni yaradılan saytlardan biri ?Azadlıq? radiosunun əməkdaşı Xədicə İsmayılova haqda qondarma pornoqrafiya videosunu öz səhifəsində yerləşdirib. Daha sonra pornovideo kimlər tərəfindənsə Facebook sosial şəbəkəsində paylaşılıb. ?Azadlıq? radiosunun əməkdaşı Xədicə İsmayıl hadisədən hiddətlənərək bu antikampaniyanı təşkil edənləri əclaflar adlandırıb. O, ona məxsus olduğu iddia edilən həmin pornovideo ilə bağlı özünün "Facebook"dakı profilində münasibət bildirib. Mia.az Aznews.az istinadən xəbər verir ki, jurnalist videoda görünən xanımın başqa adam olduğunu vurğulayıb. X.İsmayıl özünə qarşı yönələn ikrahdoğurucu bu antikampaniyada hökumətdəki bəzi adamları, eləcə də jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayevi ittiham edib: ?Əvvəlcə bu uydurma videonu ortaya atdılar, sonra mənim adımdan açıqlama yayaraq, bu haqda yazmağa başladılar. Bu böhtanın yayılmasında hökumətdəki əclaflara kömək edəcək adam Eynulla Fətullayev deyilsə, bəs kimdir..? Və bunlar hamısı mənim hüquqlarımın müdafiəsi adı altında baş verir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA