Jurnalistlərə evlərin veriləcəyi tarix açıqlandı

img

02-05-2013 [01:02]


Azərbaycanda dövlət tərəfindən jurnalistlər üçün nəzərdə tutulan binanın tikintisi başa çatıb. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş seminar çərçivəsində "Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib ki, tikintisi başa çatan binada təmir işləri aparılır və evlər jurnalistlərə 22 İyul - Milli Mətbuat Günündə təqdim olunacaq. Onun sözlərinə görə, 16 mərtəbəli bina 156 mənzildən ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA