?El? hərəkatı komandasını elan etdi

img

23-04-2013 [08:24]


?El? hərəkatının İdarə Heyətinin və Ali Məclisinin növbəti birgə iclası keçirilib. İclas zamanı ölkədə yaranmış ictimai-siyası vəziyyət və ?El? hərəkatının qarşıdan gələn vəzifələri ətraflı surətdə müzakirə olunub. Bu barədə hərəkatın mətbuat xidmətindən musavat.com-a daxil olan press-relizdə bildirilir. Qeyd olunur ki, iclasda hakimiyyət strukturları tərəfindən ?El? hərəkatına qarşı aparılan repressiv kampaniya: təşkilatın iki mərkəzi ofislərindən qeyri-qanuni yollarla çıxarılması, hərəkatın fəallarına qarşı hədə-qorxu, həmçinin bir sıra fəalların, onların yaxınlarının işdən qovulması, hərəkatın rəhbərliyinə qarşı təzyiqlər, Bakı şəhərində və regionlarda hərəkata qarşı təxribat yönümlü cəhdlər xüsusi ilə qeyd edilib. İclasda qeyd olunub ki, ?El? hərəkatının xalq arasında sürətlə artan nüfuzu və təsir potensialından narahat olan hakimiyyət strukturlarının bu qanunsuz hərəkətləri, təşkilatın ölkədə demokratik yenilənmə uğrunda mübarizəsində qətiyyətini sarsıda bilməz. ?El? hərəkatının sədri Eldar Namazov son zamanlar diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri (ABŞ, Avropa Birliyi və Fransanın səfirləri, Avropa Şurasının və ABŞ Dövlət Departamentinin nümayəndə heyətləri, ABŞ-ın ATƏT-in Minsk Qrupunda səfiri) ilə, habelə Azərbaycanın əsas siyasi partiyalar və gənclər təşkilatlarının liderləri ilə keçirilən görüş və müzakirələr barəsində ətraflı məlumat verib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyət tərəfindən rejimə qarşı sərt tənqidin fonunda Azərbaycanda vətəndaş cəmiyyətinin artan fəallığını görən iqtidar ?El?, ?REAL? və ?N!DA? hərəkatlarına, dindarlar və siyasi partiyaların fəallarına qarşı təzyiq və hədə-qorxu kampaniyasına başlamışdır. Belə bir şəraitdə repressiya və hədə-qorxu siyasətinə qarşı bütün demokratik düşərgələrin birləşməsi və həmrəyliyi olduqca vacibdir. İclasda ?El? hərəkatının elan etdiyi ?ikinci dalğa? kampaniyası çərçivəsində təşkilatlanma prosesi müzakirə olunaraq, Cənub bölgəsində təsis edilən rayon şöbələrinin (Lənkəran, Astara, Masallı, Cəlilabad, Yardımlı) rəhbərləri təsdiq edilib və həmçinin Aran və Naxçıvan bölgələrində həmin prosesin sürətləndirilməsi nəzərə alınıb. Bundan başqa press-relizdə qeyd olunur ki, may ayının ortalarında ?El? hərəkatının ümumrespublika müşavirəsinin keçirilməsi haqqında qərar qəbul olunub. İclasda təşkilati məsələlərə baxılıb, ?El? hərəkatı sədrinin müavinləri və müşavirləri təsdiq ediliblər: - İcra Aparatının rəhbəri və Təşkilat məsələləri üzrə müavin - Köçəri Nağıbəyli; - Siyasi məsələlər üzrə müavin ? Zəfər Quliyev; - İctimai əlaqələr üzrə müavin ? İlham Hüseyn; - Hüquqi məsələlər üzrə müavin - ədliyyə müşaviri Yusif Ağayev; - Milli məsələlər üzrə müavin ? Mehdibəy Səfərov; - Təhlükəsizlik məsələləri üzrə müşavir ? polkovnik-leytenant Mahmud Hacıyev; - Dini məsələlər üzrə müşavir - Hacı Rövşən Əhmədli. ?El? hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev, müavinləri Əflan İbrahimov, Hacı Rövşən Əhmədli və Rəhim Bağırov, məsul katibi Anar Sadıqov seçiliblər. ? El? hərəkatının internet saytının fəaliyyətə başlaması, eləcə də ?Facebook?-da öz səhifəsinin açılması haqqında qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA