Ana Vətən Partiyasında görüz

img

19-04-2013 [11:46]


Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Hollandiya Çoxpartiyalı Demokratiya institunun Şimali Qafqaz üzrə nümayəndəsi Levon Tsutskiridze,Şimali Qafqaz və Moldovanın proqram müdiri Kati Piri və Şimali Qafqazın regional proqram köməkçisi Emin Aslanovu qəbul edib. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan xəbərə görə, görüşdə iyun ayının sonunda Tibilisi şəhərində keçiriləcək gənc siyasətçilərin forumu ətrafında geniş müzakirələr aparılıb. Hollandiya Çoxpartiyalı Demokratiya institutu 13 il bundan əvvəl Hollandiyanın 7 siyasi partiyası tərəfindən yaradılıb və maliyyə dəstəyini Hollandiya hökumətindən alır. Hazırda institut 21 ölkədən olan 150-dən çox siyasi partiyalarla işləyir. Keçiriləcək forumda 3 əsas mövzu müzakirə ediləcək. 1. Avropa komissiyanın Qafqaz ölkələri üçün illik hesabatı. 2. Beynəlxalq sülh və regional əməkdaşlıq. 3. Regional iqtisadi əməkdaşlıq. Nümayəndə heyəti Ana Vətən Partiyasından da gənc siyasətçiləri forumda iştirak etməyə dəvət edib. Fəzail Ağamalı dəvətə görə təşəkkürünü bildirib və partiyanın gənc siyasətçilərinin forumda iştirak edəcəyini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA