Sneyder: "Fatih Terim üçün çempion olacağıq"

img

15-04-2013 [04:58]


"Qalatasaray"ın futbolçusu Uesli Sneyder Türkiyə Superliqasını qazanacaqlarını bildirib. O, bunu baş məşqçiləri Fatih Terim üçün edəcəklərini deyib.Türkiyə mətbuatının verdiyi məlumata görə, hollandiyalı futbolçu Çempionlar Liqasındakı uğurlarını burda da davam etdirəcəklərinə söz verib: "Baş məşqçimiz bizim üçün çox çalışır. Əlbəttə onun cəzalı duruma düşməsi bizim üçün pis oldu. Çünki onunla olan matçlarda daha rahat qələbə qazanırdıq. Sona beş matçı onun üçün qazanacağıq" deyə futbolçu bildirib. Qeyd edək ki, "Cim-Bom" hazırda turnir cədvəlində 59 xalla birinci pillədədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA