Yurgen Klopp: ?Biz zəif deyilik?

img

21-04-2013 [11:55]


Dortmund ?Borussiya?sının baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinalında ?Real?la oynayacaqları matçlar haqqında danışıb. Baş məşqçi qalib gəlmək üçün rəqibin hücumuçusu Ronaldonu zərəsizləşdirməyin vacibliyini vurğulayıb: ?Madrid klubu çox yaxşı heyətə malikdir. Onların Ronaldo kimi çox güclü silahları var. Ancaq özümüz də hücum etməliyik?. Almaniyalı mütəxəssis bu dəfə qarşılarında daha fərqli ?Real?ın olacağını da deyib: ?Çünki qrup mərhələsindəki matçlarda onların bəzi oyunçuları zədəli idi. Marselo kimi önəmli futbolçu qrup mərhələsi oyunlarında iştirak etmirdi. Ona görə artıq daha güclüdürlər. Ancaq biz də zəif deyilik. Əlimizdən gələni edib, qalib gəlməyə çalışacağıq?. ?Borussiya? ? ?Real? matçı aprelin 24-ü baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA