Avropalı qonaqlar müxalifət liderləri ilə görüzüblər

img

10-04-2013 [06:11]


Bu gün ALP sədri Əvəz Temirxan, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, "El" hərəkatının sədri Eldar Namazov Polşanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, xanım Ursula Gacek rəhbərliyilə Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya naminə Məruzəçilər Qrupuna (GR-DEM) daxil olan bir neçə ölkənin səfirlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşlər. Görüşdə Azərbaycanda gərgin ictimai-siyasi vəziyyət və ondan çıxış yolları, prezident seçkiləri ərəfəsində Azərbaycanda demokratiya və insan hüquqları sahəsində durum və ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin icra vəziyyəti barədə müzakirələr aparılıb. Müzakirələrdə Azərbaycanın vətəndaş qarşıdurmasına sürükləndiyi, ölkədə baş verən total siyasi repressiyalar, siyasi partiyalara və müstəqil KİV-lərə qarşı təzyiqlərin seçki ilində daha da agüclənməsi, siyasi dustaqların sayının artması, xüsusən Tofiq Yaqublunun, İlqar Məmmədovun, "N!DA"çı gənclərin, Nardaran fəalı Taleh Bağırzadənin həbsi, İbrahim İbrahimliyə qarşı Naxçıvanda baş vermiş məmur barbarlığı, "El" hərəkatına qarşı təzyiqlər, Azərbaycan hakimiyyətinin Avropa Şurasındakı korrupsioner lobbiçilərinin fəaliyyəti, Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan hakimiyyətilə "iş biriliyinə" getməsi, xüsusən bu məhkəmənin yunanıstanlı hakimi Linos Sicilianosun Azərbaycandan gələn şikayətlərə baxarkən iqtidaryönümlü qərarları, ölkədə məhkəmə və vəkillik institutunun acınacaqlı vəziyyəti, tanınmış hüquqşünaslar İntiqam Əliyevin, Ənnağı Hacıbəylinin, Nurlana Əliyevanın, Qurban Məmmədovun, Əvəz Temirxanın və başqalarının müxalif mövqeyinə görə vəkilliyə qəbul olunmaması, Elçın Namazovun qanunsuz olaraq Vəkillər Kollegiysından kənarlaşdırılması müzakirə predmeti olmuşdur. Müxalifət nümayəndələri ölkədə baş verən anti-demokratik siyasətə görə sanksiyaların xalqa, ölkəyə, dövlətə deyil, məmurlara qarşı yönəldilməsinin zəruriliyini bildirmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA