Nemət Pənahlının anası vəfat etdi; General onu xəstə anası ilə görüzməyə qoymadı-Yenilənib

img

10-04-2013 [10:14]


Həbsdə olan "Azadlıq aşiqi", Milli Azadlıq Hərəkatının liderlərindən olmuş Nemət Pənahlının anası Sara Pənahlı bu gecə dünyasını dəyişib. Mia.az-ın xəbərinə görə, Sara Pənahlı ağır xəstəlikdən əziyyət çəkirdi. O, ömrünün son günlərini xəstəxananın reanimasiya şöbəsində keçirib. Xəstəliyinin ağır günlərində Nemət Pənahlı anasına baş çəkmək üçün həyat yoldaşı vasitəsylə Penitensira Xidmətin rəisi general Mədət Quliyevə və ölkə rəhbərliyinə müraciət etsə də, ona "yox" deyildi. Onun yasa da buraxılmayacağı gözlənilir. Qeyd edək ki, N.Pənahlı 2011-ci il yanvarın 8-də xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olarkən onun atası da atası vəfat edib. Allah rəhmət eləsin! *** Xəbər verdiyimiz kimi bügun Milli azadlıq hərəkatının öncül simalarından olan, məhbus siyasətçi Nemət Pənahlının anası Sara Pənahlı dünyasını dəyişib. Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov ?Qafqazinfo? ya açıqlamasında Nemət Pənahlının anasının yas mərasiminə buraxıla biləcəyini deyib. Onun sözlərinə görə, əgər Nemət Pənahlı rəsmi olaraq müraciət etsə, onun müraciətinə mütləq baxılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA