AXCP rəhbərliyi iclas keçirdi

img

09-04-2013 [03:26]


AXCP Ali Məclisinin Rəyasət Heyətinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, iclasda AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlının ABŞ səfərinin yekunları dinlənilib. Keçirilən görüşlər əhəmiyyəti müsbət qiymətləndirilib. Rəyasət Heyətində ötən həftə rayonlarda ezamiyyətdə olan üzvlərin keçirilən müşavirələrlə bağlı hesabatı da müzakirə olunub. Növbəti rayon müşavirələrinin qrafiki müəyyənləşdirilib. AXCP Rəyasət Heyəti hakimiyyətin son günlər repressiya tədbirlərini də diqqətdən keçirib. Gənc fəalların və dini kəsinin söz sahibi olan şəxslərinin şərlənərək həbsə atılması pislənilib. Eyni zamanda xalq həkatının tanınmış siması İbrahim İbrahimli, ?EL?in təmsilçisi Eldəniz Quliyev, hərbiçi ekspert Yaşar Cərəfliyə qarşı törədilən fiziki zorakılıq hakimiyyətin şər mahiyyətindən yaranan terror kimi dəyərləndirilib. AXCP Rəysət Heyəti seçki öncəsi hakimiyyətin siyasi mübarizəni zorakı müstəviyə və qorxu mühütinə çəkməsini yolverilməz hadisə sayaraq bu gedişata qarşı milli-demnokratik düşərgənin təcili və təsirli fəaliyyətə başlamasını vacib sayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA