Rəhim Qazıyevi həbs etmək istəyirlər; Sabiq nazir polisə çağırıldı

img

08-04-2013 [08:31]


Keçmiş müdafiə naziri Rəhim Qazıyev Səbail Rayon Polis İdarəsinə çağırılıb. O, aprelin 9-u saat 10:30-da İdarədə olmalıdır. Çağırış vərəqəsini İdarənin baş müstəntiqi mayor Ziya Əliyev imzalayıb. Qazıyevin İdarəyə çağırılmasına səbəb bir il əvvəl Təhmasib Novruzovla debat zamanı yaranmış insidentdir. Novruzov keçmiş müdafiə nazirinin həmin debatda onun şərəf və ləyaqətini alçaltdığına dair polisə şikayət edib. Qazıyev əməkdaşımızla söhbət zamanı bildirib ki, Novruzovun bir il əvvəl baş vermiş olaya görə indi şikayət etməsi başqa mətləbdən xəbər verir. ?Bir il əvvəl baş vermiş hadisə indi ?yada düşübsə?, deməli gerçək səbəb bu deyil. Polis İdarəsinə çağırılmağımın əsl səbəbi ölkə başçısı İlham Əliyevə yazdığım açıq məktubdur. Sadəcə, gerçək səbəbi bu yolla pərdələyirlər?, - deyə Qazıyev bildirib. /azadliq.info/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA