ADP sabiq millət vəkilinə qarzı sui-qəsdə etiraz edir

img

07-04-2013 [03:49]


Azərbaycan Milli Azadlıq Hərakatının tanınmış isimlərindən, parlamentin sabiq üzvü İbrahim İbrahimlinin Naxçıvan Muxtar Respublikasında fiziki zorakılığa məruz qoyulması ilə əlaqədar Demokrat Partiyası bəyanat qəbul edib. Bəyanatda deyilir: ?ADP baş vermiş hadisəni müxalifətdə olan tanınmış siyasətçiyə qarşı sui-qəsd cəhdi, eyni zamanda hakimiyyət qurumlarının özbaşınalığı, qisasçılığı və insan hüquqlarına, Konstitusiya və qanunlara qarşı qəsd kimi qiymətləndirir, sabiq millət vəkilinə tətbiq olunan fiziki zorakılığa görə Respublika və yerli hakimiyyət orqanlarının rəhbərlərinin bilavasitə məsuliyyət daşıdığını bildirir. ADP İbrahim İbrahimliyə qarşı həyata keçirilən sui-qəsdin təşkilatçıları və icraçılarının dərhal tapılmasını və hakimiyyətin bu məsələyə tez bir vaxtda lazımi aydınlıq gətirməsini tələb edir. ADP hesab edir ki, prezident seçkiləri ilində bu cür hadisənin baş verməsi təsadüfi deyil və Azərbaycanın hazırkı hakimiyyətinin müxalifətlə siyasi dialoqdan qaçması, siyasi müxalifətə düşmən münasibəti sərgiləməsi bu tipli sui-qəsdlərin daha da artacağını proqnozlaşdırmağa əsas verir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA