ALP: "ibrahim ibrahimlinin döyülməsini mütəzəkkil bar-barlıq kimi dəyərləndirir"

img

06-04-2013 [07:18]


İctimai Palatanın Koordinasiya Şurasının üzvü, tanınmış ictimai-siyasi xadim, Milli Məıclisin keçmiş deputatı İbrahim İbrahimli Naxçıvanda misli görünməmiş vəhşiliklə üzləşib. Onu qəddarcasına döyüblər. Məlumata görə, İbrahim İbrahimli cavan bacısı oğlunun vəfatı ilə əlaqədar Naxçıvana gedib. O yas məclisində olduğu vaxtda, bu gün saat 12-də kimlikləri hələlik bəlli olmayan bir dəstə mağara hücum çəkib, yas mərasimini dağıdıblar. Onlar İbrahim İbrahimlinin başına torba keçirərək özləri ilə kimsəsiz bir düzəngahlığa apararaq onu qəddarlıqla döyüb, ağır vəziyyətdə elə oradaca atıb qaçıblar. Azərbaycan Liberal Partiyası bəyan edir ki, baş verənin İ.İbrahimlinin ictimai-siyasi fəaliyyətilə bağlı olduğu və yerli məmurlar tərfindən təşkil olunduğu heç bir şübhəyə yer qoymur. ALP İ.İbrahimliniyə qarşı törədilmiş zorakılığı təkcə Azərbaycan Konstitusiayasına, qanunlarına və insan hüquqlarına hörmətsizlik deyil, həm də milli-mənəvi dəyələrimizə qarşı həqarət və mütəşəkkil bar-barlıq kimi dəyərləndirir. ALP bu zorakılığı və bar-barlığı qətiyyətlə pisləyir İ.İbarhimlinin döyülməsində təqsirli olan bütün şəxslərin dərhal tapılıb, cəzalandırlmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA