isgəndər Həmidovun Naxçıvanda təzkilat yaratması xəbəri yalan çıxdı

img

05-04-2013 [09:08]


Sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun lideri olduğu Milliyyətçi Demokrat (Bozqurd) Partiyasının (AMDP) Naxçıvanda 100 nəfərin iştirakı ilə təntənəli toplantı keçirdiyi və toplantıda Canpolad Tağıyev adlı şəxsin AMDP Naxçıvan Muxtar Respublika təşkilatının rəhbəri seçildiyi haqqında yayılan məlumat yalan çıxıb. Bu haqda mia.az-a Naxçıvandakı mənbələrimizdən məlumat daxil olub. Mənbəmiz iddia edib ki, ?bozqurdlar?ın nəinki heç belə bir toplantısı keçirilməyib, üstəlik, sədr kimi adı mətbuatda çəkilən Canpolad Tağıyev haqda Naxçıvanda o qədər də xoş olmayan bir imic var. Əslən Kəngərli rayonunun Xok kəndindən olduğu bildirilən Canpolad Tağıyevin qohumları sırasında Daxili İşlər orqanlarında işləyənlərin də olduğu bildirilir. Mənbə mia.az-a açıqlamasında iddia edib ki, son vaxtlar mətbuatda bir sıra partiyaların, xüsusən də İctimai Palatanın, ?Ümid?in və yenicə yaranmış ?El? hərəkatının Naxçıvanda yerli təşkilatlarını gücləndirdikləri haqda məlumatlar yayılsa da, bütün bunlar ?pripiska?dır: ?Naxçıvanda ?El? hərəkatının adını belə bilən yoxdur. İsgəndər Həmidov isə vaxtilə vəzifədə olanda naxçıvanlılara qarşı mənfi münasibəti ilə seçildiyindən, bizim camaat ona nifrət edir və ona Naxçıvanda yaxşı bir ayama da qoşublar. Odur ki, nə İsgəndər Həmidov, nə İqbal Ağazadə, nə də Eldar Namazov burada təşkilat yarada bilməzlər. Ola bilsin, hansısa siyasi dələduzlar Bakıda kimlərisə aldadıb pul qoparmaq məqsədiylə guya Naxçıvanda partiya təşkilatı yaratdıqlarını élan edirlər, ancaq bilin ki, bütün bunlar yalan və ?pripiska?dır. Bir nəfər tapıb adını sədr kimi mətbuata ötürürlər, bu da olur onların təşkilatı. Naxçıvanda heç Müsavat və AXCP kimi keşmişi olan partiyalara belə maraq qalmayıb, heç kim üzv olmaq istəmir, o ki qala İsgəndər Həmidova, İqbal Ağazadəyə və Eldar Namazova görə kimsə partiya üzvü ola?. Mənbə mia.az-a Naxçıvanda müxalifət partiyalarının durumu ilə bağlı acınacaqlı bir fakta da diqqət çəkib: ?Bakıdan xaricilər və ya hansısa QHT təmsilçisi Naxçıvana gələndə, bir neçə gün əvvəlcədən məlumat verilir və güc-bəla ilə 15-20 nəfər tapıb ortaya çıxarırlar. İndiyədək ayrı-ayrı partiyaların toplantısı kimi qələmə verilən tədbirlərdən çəkilmiş fotoşəkilləri araşdırsanız, özünüz görərsiniz ki, hamısında eyni adamlar, eyni simalardır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA