Eldəniz Quliyevi "lopatka" ilə vurdular; ?El? hərəkatının fəallarına hücum oldu

img

05-04-2013 [08:23]


"El" Hərəkatının üzvü Eldəniz Quliyevin Lənkəranda təzyiqlərə məruz qalması haqda yeni məlumatlar almışıq. Əməkdaşımıza danışan E.Quliyev bunları söylədi: ?Bizi lapatka ilə döyürlər, təhqir edirlər. Acınacaqlı da olsa deməliyəm ki, qadınlar və icra nümayəndələrindən ibarət olan dəstəyə rayon icra hakimiyyətinin müavini İlkin Rəhimov başçılıq edir. Onun göstərişi ilə maşınım zədələnib, başıma isə dəyənək dəyib. Hazırda başım gücəllənir. Arxamıza 6-7- maşın gəlir, haradasa 60-70 nəfər. Saxlayan kimi üstümüzə qaçırlar". Baş verənlərlə bağlı "102? xidmətinə zəng etdiyini deyən E.Quliyev hələ də polisin hadisə yerinə gəlmədiyini deyir: "Deyiblər ki, ?bu saat sizin təhlükəsizliyinizi təmin edəcəyik?. Amma bizi aldadırlar. Əlimizdə hadisə ilə bağlı kadrlar da var?. Mia.az xəbər verir ki, bu sözləri AzNews.az-a deyən "El" hərəkatının təsisçi üzvü Eldəniz Quliyev bu gün Lənkərana səfər edib. Hadisə də rayonun girişində baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA